Bu gün Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliyi tarixdə ilk dəfə olaraq 1%-dən aşağı düşərək 0,985% təşkil edib
"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, investorlar daha təhlükəsiz aktivlərə üz tutmaqda davam edir. Buna səbəb Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan sonra birjaların dalğalanmasıdır.
Qeyd edək ki, hazırda Böyük Britaniyanın 20 illik dövlət istiqrazlarının gəlirliliyi 1,729%, 30 illik qiymətli kağızların gəlirliliyi isə 1,845%-dir.
pia.az