Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ailə 20 ildir betonda yatır, “Qaçqınkom” isə “gözlə” deyir...


“20 ildən artıqdır bu dar, havasız otaqda yaşayırıq. Hər tərəf daşdır, betondur. Evsizlik sağalmaz xəstəliklər də yaratdı bizdə”


Bunu virtualaz.org saytına ünvanladığı şikayətində məcburi köçkün İsa İslam oğlu Mirzəyev bildirib. 

İsa Mirzəyevin sözlərinə görə, 20 ildən çoxdur Mingəçevir şəhərinin çıxacağında yerləşən beton zavodunda məskunlaşıblar: “Mingəçevirlilərin “JB” kimi tanıdığı binada hər tərəf betondur. Hətta qaçqınların məskunlaşdığı otaqda pəncərə belə yoxdur. Qaçqınlar divarın yuxarısında kiçik bir nəfəslik açıb, otağa hava girməsinə şərait yaradıblar”.

İsa Mirzəyev əlildir: “Məcburi köçkünlərə çörəkpulu verirlər. Mən də təqaüd alıram. Üst-üstə ayda 150 manat eləmir, amma bu pulla dolanmaq məcburiyyətindəyik”.

İ.Mirzəyevin həyat yoldaşı Nailə Qurbanova isə beyin iflici keçirib. Qadın hazırda ağır yataq xəstəsidir, danışa, normal hərəkət edə bilmir.

Ailə çətin şəraitdə yaşayan digər məcburi köçkünlər kimi ev alacağı günü gözləyir.

İ.Mirzəyevin sözlərinə görə, bir neçə il əvvəl adlarını ev siyahısına salıblar: “O vaxtdan bəri Mingəçevirdə iki qaçqın şəhərciyinin açılışı olub, amma bizə heç birindən ev verilməyib. Övladımız olmadı, bir-birimizə həyan olub çətin vəziyyətdə də olsa yaşayırdıq. Ancaq daha bu da mümkün deyil. Həyat yoldaşım ağır xəstədir, burada onun üçün heç bir şərait yoxdur. Hətta ayaqyolu belə qaldığımız otaqdan 300 metr aralıdır. Hər dəfə ev paylananda ümid edirik ki, bizə də birotaqlı mənzil verəcəklər, canımız bu betonun üstündə yaşamaqdan qurtaracaq, ancaq vermirlər. O gün köçkünlərdən bir neçəsi məsləhət gördü ki, mən də gedib “Qacqınkom”un qarşısında səs-küy salım, haqqımı istəyim. Amma mən bunu edə bilmirəm, özümə yaraşdırmıram. İndiyədək heç kimə ağız açmamışam. Deyirəm, yəqin bir gün məni də görəcəklər...”

Şikayətçi deyir ki, bu günlərdə Mingəçevirə yağan yağış ailənin yaşadığı otağa dolub: “Bütün otaq nəmişdir. Həkimlər yoldaşımın bu şəraitdə yaşamasının təhlükəli olduğunu deyirlər. Hələ qarşıdan qarlı qış gəlir. Soyuqda otaq lap cəhənnəm olur. Hər tərəf beton olduğundan isitmək də mümkün olmur”.

Qaçqınların bir problemi də hamam-tualetlə bağlıdır. Tualet zavodun digər hissəsində yerləşir. Xüsusilə qoca və xəstələr gedib-gələ bilmirlər. Hamam isə ümumiyyətlə yoxdur.

İ.Mirzəyev deyir ki, həyat yoldaşı yataq xəstəsi olandan sonra öz əlilliyini unudub: “Qohumlarımın da bizə baxmasına şərait yoxdur. Amma Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hələ də “gözləyin” deyir. Görəsən, bizə ev verilənə qədər ömrümüz yetəcəkmi?!”

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə virtualaz.org saytına bildirdilər ki, ailə mənzil növbəsindədirsə, hələ gözləsin: “Mənzillər siyahı əsasında paylanır. Mənzil növbəsində olanlara ev veriləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar