Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu avtobuslara pulsuz Wi Fi qoyuldu


Bu gündən etibarən Xaliq Faiqoğlu şirkətinin istismarında olan 18/61/65 saylı marşrut xəttlərində hərəkət edən avtobuslarda pulsuz “Wi Fi” xidməti sərnişinlərin istifadəsinə verilib


Qafqazinfo” xəbər verir ki, Bakcell şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində avtobusların daxilində yeni nəsil 4 G sürətli WiFi modemlər quraşdırılıb. Qeyd edək ki, internetdən istifadə üçün şifrə tələb olunmur. Wİ Fİ xidməti aktiv  olan avtobuslarda xüsusi məlumatlandırıcı işarələr vurulub. Layihə çərçivəsində mərhələli şəkildə şirkətin istismarında olan bütün avtobuslarda pulsuz internet zonalar yaradılacaq.
 
Bununla yanaşı 18 saylı marşrut xətti üzrə hərəkət edən yeni  BMC Procity markalı avtobusların daxilində istehsalçı zavod tərəfindən xüsusi USB portlar quraşdırılıb ki, sərnişinlər həmin portdan istifadə etməklə mobil elektron cihazların enerjisini təmin edə bilərlər.
 
Məlumat üçün bildirək ki, Xaliq Faiqoğlu MMC 2005-ci ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ən böyük özəl şirkətlərdən biridir. Şirkətin istismarında olan 13 marşrut xətti üzrə 300-ə yaxın avtonəqliyyat vasitəsi mövcuddur. Hal-hazırda 18/61/65/79/85/96/135 saylı müntəzəm maşrut xəttlərində elektron ödəniş sistemi (Bakı Kart) tətbiq olunur.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar