Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gecə ilk yarımfinalçının adı bilinəcək: iki “P”dən hansı?

Polşa bütün göstəricilərinə görə bu çempionatda Portuqaliyadan bir boy üstün nəticə göstərib, amma bəxt...


Bu gün “Avro-2016" da ilk yarımfinalçının adı məlum olacaq. Saat 23:00-da Marselin "Velodrom" stadionunda Polşa yığma komandası Portuqaliya millisi ilə görüşəcək. Oyunu almaniyalı referi Felikis Brix idarə edəcək. Hər iki komanda 1/4 mərhələsinə digər komandalardan fərqli olaraq böyük çətinliklə çıxıblar. 

Almaniya Slovakiyanı 3:0 hesabı ilə məğlub edərək turnirdən kənarlaşdırdı, Belçika Macarıstanın qapısına 4 cavabsız qol vurdu, İtaliya son Avropa çempionu İspaniyanı 2:0 məğlub etdi, Uels Şimali İrlandiyanı 1:0, İslandiya da İngiltərəyə 2:1 qalib gələrək adını növbəti mərhələyə yazdırdı. Amma məhz bugünkü rəqiblər mərhələ adlamaq üçün daha çox tər tökdülər.

Polşa-İsveçrə oyununda 90 dəqiqədə qalib müəyyənləşmədi. Hərəyə 1 dəfə fərqlənən komandalar meydandan bərabərliklə ayrıldı - 1:1. Əlavə vaxtda da qol olmadığından qalib penaltilər seriyasında müəyyənləşdi. Burada daha dəqiq zərbələr vuran Polşa (5:4) 1/4 finala yüksəldi.

Portuqaliya və Xorvatiya arasında da matçın əsas vaxtında qapılara qol vurulmadığından əlavə vaxt təyin edildi. Portuqaliya yığması 116-cı dəqiqədə millidə müqaviləsi bitən “Beşiktaş”lı Kuarejmanın ayağını uzadaraq rəqib qapısına yönəltdiyi topla  1/4 finala yüksəldi. Xorvatiya bədbəxt, Portuqaliya xoşbəxt oldu...

***

Portuqaliya bu çempionatda keçirdiyi 4 oyunda baxımlı oyun göstərməyib. Təəssüf ki, çempionata yaxşı nəticələrlə başlayan Xorvatiya millisi də Portuqaliya ilə oyunda əvvəlki əzmkarlığı nümayiş etdirə bilmədi. Xorvatiyanın Portuqaliya ilə son üç qarşılaşmada uduzması da psixoloji cəhətdən təsirini göstərdi, xorvatları daha da ehtiyatlı olmağa vadar etdi.
Portuqaliyanın guya “oyundan-oyuna daha da açılışacağı” barədə ara-sıra səslənən iddiaların qeyr-ciddi olduğu xorvatlarla oyunda üzə çıxdı. Portuqaliya bu çempionatda gərəkən komanda oyunu oynamır, yalnız ayrı-ayrı oyunçuların fərdi ustalığı sayəsində  çempionatda qalmaq üçün çalışır. Portuqaliya qrupda keçirdiyi üç oyunda necə oynayırdısa, Xorvatiya ilə oyunda da meydanda o cür idi. Usta Krişitan Ronaldo da Xorvatiya ilə qarşılaşmada heç bir xüsusi oyunu ilə yadda qalmadı.

Portuqaliya sanki Fransanın havası kimidir: gah tutulur, gah açılır, arada dolu yağır, arada günəş çıxır...Portuqaliya bu cür oyunla “Avropanın Braziliyası” yox, elə ...Portuqaliyasıdır. 
Bəli, qalibləri mühakimə etmirlər, xorvatlar cəsarətsiz oyunun qurbanı oldular və məğlubiyyətdən sonra  axıtdıqları göz yaşları da yəqin artıq quruyub. Amma  inanmıram ki, azca obyektiv olan kimsə bu çempionatda Portuqaliyanın Xorvatiyadan güclü olduğunu desin. Belə komandamı olar: Portuqaliya “Avro-2016"da keçirdiyi 4 oyunda əsas vaxtda qalib gəlməyib! Amma nə edəsən ki, xüsusilə öz ölkəsinin mətbuatında(ötən yazılarımızda Portuqaliya mediasında komandaya yönəlik tənqidlərdən sitatlar vermişdik) ən çox tənqid olunan Portuqaliya millisi hələ də çempionatda qalır. Həm də müdafiəsi bu dərəcədə bərbad ola-ola. Pepe və Karvalyo kimi təcrübəli müdafiəçilər həm hücuma dəstəyə, həm müdafiəyə qayıtmağa nəfəsləri çatmır. Yarımmüdafiədə Mountinyonun təkbaşına mübarizə aparması komandanın orta xəttində də boşluqlar yaradır. Əlbəttə, komandanın 8 güclülər sırasında olmasında Ronaldonun da payı var, onun meydanda olması istənilən rəqib üçün təhlükədir, psixoloji basqıdır, narahatlıqdır.  Bukmeykerlər bu oyunda Portuqaliyanı yalnız ona görə qalib görürlər ki, hücum xəttində  Ronaldo var. Ronaldo olmasa qələbə də yoxdur, Portuqaliya da...


***

Amma başqa həqiqət də var ki, Portuqaliya növbəti mərhələyə çıxmış 8 komandanın ən zəifidir və bu mövzuda mübahisələrə bu gecə Polşa son qoymalıdır. Niyə Polşa? Axı, elə Polşa da bu çempionatda güclü İsveçrə millisini yalnız bəxt-lotereya sayılan penallarda qalib gəlib.

Polşa və Portuqaliya futbol məktəbləri bir-birindən tam fərqlənir. Portuqaliyada indi o keyfiyyətləri tapa bilmirik, amma məhz yaradıcı, hücumda sürətli, texnikalı olduqları üçün “Avropanın Braziliyası” adı alıblar. Polşa isə olsa-olsa Almaniya futbolunu “kopu” edir, əsasən müdafiədən hücumlar qurur, nəticəyə oynayır, müdafiəyə aşırı meyllidir.

Polşanın "Avro-2016"da keçirdiyi oyunlar parlaq olmadı. Amma Polşa yığmasının keçmişinə nəzər salıb indisi ilə müqayisə edəndə şübhəsiz, polşalıları bu turnirin ən səviyyəli komandalardan biridir. Polşa millisi 2012-cü il Avropa çempionatına ev sahibliyi edən və qrupdan çıxa bilməyən komanda deyil.

Adam Navalkanın komandasının oyununda xüsusi cəlbedicilik, azarkeşi cəlb edən energetika yoxdur, hətta hərdən adama çox darıxdırıcı təsiri də bağışlayır. Bəs, üstünlükləri nədir? Komanda qələbəyə inanır, özünə güvənir. Polşa bütün göstəricilərinə görə bu çempionatda Portuqaliyadan bir boy üstün nəticə göstərib. Navalkanın komandası çempionatda  7 xal toplamış iki komandadan biridir. “Həmişə uduzan Polşa” stereotipi hələ “Avro-2016"nın qrup mərhələsində Almaniya üzərində qalibiyyətdə də sınmışdı. Polşanın Almaniya kimi  "A" tipli komandalar sırasına qoşulmasına hələ var, amma onlar  bugünkü Portuqaliyadan fərqli olaraq yüksəlişdədirlər. Onlar orta səviyyəni artıq keçib və yaxın gələcəkdə istənilən güclü komanda ilə kəllə-kəlləyə mübarizə apara biləcək. Polşa bu çempionatda keçirdiyi 4 oyunda yalnız bir dəfə-İsveçrə ilə oyunda Şakirinin fantastik qolundan sonra topu mərkəzə aparıb. 

Bu gün Polşa “gözüçımış” xorvatların taleyindən nəticə çıxarmalıdır. Amma necə?

Portuqaliya və Polşa millisi  indiyədək 10 dəfə qarşı-qarşıya gəliblər. Bunlardan 4-də Portuqaliya qalib gəlib, üç oyunda polşalılar üstün olub. Üç oyunda isə tərəflər meydandan sülhlə ayrılıblar. Tərəflər heç vaxt Avropa çempionatında qarşılaşmayıblar.

Polşa yığmasının yarımmüdafiəçisi Qjekoqoş Krıxovyak  deyib ki, onlar 1/4 final mərhələsində dayanmaq fikrində deyillər. Polşanın da ulduz oyunçuları var, əlbəttə Pepe, Nani, Ronaldo kimi məşhur olmasalar da. Robert Levandovski bu çempionatda ondan gözlənilən oyunu göstərə bilmir. Sanki o,  əsl Levandovskini “Bavariya”da meydanda qoyub gəlib. Amma buna baxmayaraq, Polşa xüsusilə müdafiədə qapısından 4 top buraxmış Portuqaliyadan inamlı görünür. Levandovski hələ ki önə çıxa bilmir, amma onun “yoxluğunu” Yakub Blaşikovski unutdurur. Polşanın son 4 oyunda əsas vaxtda qapılara vurduğu 3 qolun ikisi Blaşikovskinin payına düşür.

Yığmanın forvardı Arkadiuş Milik də zədəsinin daha onu incitmədiyini və Portuqaliya ilə oyuna hazır olduğunu deyib. Forvard Portuqaliya haqda xoş sözlər də deyib. “Portuqaliyanın heyətində texnikalı oyunçular var. Onlar həm hücumda, həm əks-hücumda çox təhlükəlidirlər”.

Portuqaliyanın yarımmüdafiəçisi Nani Polşa ilə 2012-ci ildə keçirdikləri yoldaşlıq görüşünü (hesab 0:0 olub) xatırladıb. “Polşa mənə yaxşı komanda təsiri bağışladı. Amma bu fərqli oyundur. Zənnimcə, bu dəfə daha çətin oyun bizi gözləyir”. Nani penaltilər seriyasına hazırlaşdılqlarını da gizlətməyib. “Çoxları deyir ki, bu lotereyadır. Razılaşmaq olar. Amma 11 metrlik zərbəni vuranda gərək özünə çox inanasan. Əgər qalib penaltilər seriyasında müəyyənləşərsə, gərək biz özümüzə çox inanaq, nəinki bəxtə...”

***

Portuqaliya bu çempionatda bir sıra rekordlara imza atıb: Ronaldo 4 Avropa çempionatında dalbadal iştiraka görə, komanda ən çox Avropa çempionatının  1/4 mərhələsində iştiraka görə... Amma bu çempionatda həm də bəxtə görə bu komanda fəxr edə bilər. Üç oyunda heç-heçə edib, 3 xalla növbəti mərhələyə çıxan yeganə Portuqaliya oldu. Xorvatiyanı bir qolla evə göndərdi. Polşanın başına nə gələcək axşam görəcəyik.

Portuqaliya bu gecə evə qayıtmasa, bu naxışlıqla çempion da ola bilər.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar