Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün AŞ PA-nın qış sessiyası başlayır



Azərbaycanda insan haqları məsələsi də gündəliyə salına bilər; ekspertlərə görə, Qərb Bakı ilə münasibətləri yenidən tənzimləmək istəyir, amma...


Yanvarın 26-dan 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.


Nümayəndə heyətinin tərkibinə həmçinin, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, deputatlar Sevinc Fətəliyeva, Elxan Süleymanov, Qənirə Paşayeva, Rafael Hüseynov, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Sabir Hacıyev və Fazil Mustafa daxildirlər. 

Sessiyada Büro və Daimi Komitədə görülmüş işlərin hesabatı dinləniləcək, Ukrayna qaçqınlarının və məcburi köçkünlərinin humanitar vəziyyəti, Avropa Şurası və Avropa Birliyi arasında anlaşma memorandumunun həyata keçirilməsi, Monteneqronun Avropa Şurası qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Avropada media azadlığının qorunması, qeyri-tolerantlıq və diskriminasiya ilə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq. Sessiya çərçivəsində Azərbaycanda insan haqlarının vəziyyəti də diqqət mərkəzində olacaq.

Qeyd edək ki, yerli hüquq müdafiəçiləri həmin sessiyaya qatılmayacaqlar. Ekspertlər isə Azərbaycanla bağlı hansısa ciddi qərar və ya sanksiya gözləmirlər. Politoloq Natiq Miri məsələ ilə bağlı musavat.com-a bildirib ki, sessiyada Azərbaycanla bağlı müzakirələr ehtimal edilsə də, sərt qərarlar gözlənilən deyil: “Azərbaycanda insan hüquqları ilə bağlı məsələnin müzakirə obyektinə çevrilməsi bu gün Qərbdə, xüsusilə Avropa məkanında müzakirə olunur.

Və son Avropa Parlamenti səviyyəsində səsləndirilən bəyanatlardan da hiss olunur ki, belə bir narahatçılıq var və bunun Avropa Şurasında, qurumun Parlament Assambleyasında müzakirə olunması imkanları qalır. Ancaq bu müzakirə yenə də sadəcə olaraq növbəti dəfə tövsiyə xarakterli olacaq və müzakirə kimi da qalacaq. Bundan ötən hərəkətlərin, konkret sanksiyaların tətbiq olunması və yaxud da Azərbaycanın səsvermə hüququnun əlindən alınması kimi məsələlərə qədər problemin uzanacağını gözləmirəm. Çünki hiss olunur ki, Qərb dünyası indiki şəraitdə Azərbaycanla münasibətləri yenidən tənzimləmək istəyir. Azərbaycan prezidentinin son Almaniya səfəri də Avropa Birliyinin strateji güclü dövləti olan Almaniyanın Cənubi Qafqaza, xüsusilə Azərbaycana marağı da, münasibətlərin yenidən müsbət saldoya tənzimlənməsi, o səviyyəyə salınması göstərdi ki, bəli, Azərbaycanı birmənalı olaraq Avropadan küsdürmək istəmirlər. 

Hər bir halda, Azərbaycan bu gün Qərb dünyası üçün enerji təhlükəsizliyində iştirak edən bir ölkədir. Bundan başqa, Azərbaycanı özlərindən küsdürməklə Rusiyaya doğru itələmək də Qərbin strateji maraqlarına uyğun deyil. Ən nəhayət, Rusiyanı zəiflətmək planı kontekstində təbii ki, Azərbaycanı düşmən deyil, bir dost olaraq görmək Qərb siyasətinin mahiyyətindədir. Yəni Qərbdə bunu istəyirlər. Ona görə Avropa Şurası da konkret olaraq uzun müddətdir ki, ikili standartda işləyən bir qurumdur. Bu mənada inanmıram ki, Avropa Birliyində, xüsusilə də Avropa Parlamentində bu gün Azərbaycana ciddi sanksiyaların olmadığı bir durumda, ikili standartla işləyən Avropa Şurası hansısa kəskin sənədlər, qətnamələr qəbul etsin. Onu da nəzərə almaq lazımdır ki, Avropa Şurasında Azərbaycanın lobbisi də güclüdür. Avropa Şurasının deputatları ilə Azərbaycan hakimiyyəti çox ciddi işləyir. Müəyyən mənada bunun müxtəlif adları var. Ancaq hər bir halda, Avropa Şurasında Azərbaycana qarşı ciddi bir sənədin qəbul olunacağını gözləmirəm”.

İnsan haqları müdafiəçiləri isə sessiyaya qatılmayacaqlar. Novella Cəfəroğlu bununla bağlı bildirib ki, onlar apreldə keçiriləcək toplantıya qatılmağı qərara alıblar: “Hesab edirik ki, hələ tezdir, aprel ayında, bütün işlərimizi bitirəndən sonra gedəcəyik. Doğrudur, orada deməyə sözümüz yox deyil, sözümüz var. On siyasi məhbus azadlığa buraxılıb, müsbət fikir var, əfv olub, bəzi məsələləri həll etmişik. Amma biz istəyirik ki, bütün məsələlər həll olunandan sonra gedək. Ümidimiz var, ümid edirik ki, aprel ayına qədər müsbət dəyişikliklər olacaq”. 
Qeyd edək ki, hüquq müdafiəçiləri toplantıya Azərbaycanla bağlı müzakirələrin olmayacağını əsas gətirərək qatılmayacaqlarını bildiriblər. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar