Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün İraqda müstəqillik referendumu keçirilir - Ankara bundan sonra necə davranacaq?


Politoloq: “Ankara Kürdüstan məsələsində bölgə dövlətləri, İraq və İranla bir təmas xəttində hərəkət edir”


“Bu gün, ya sabah hər üç dövlətin hərbi qüvvələri İraq Kürdüstanı Yerli Müxtariyyətinin rəhbəri Məsud Bərzaninin rəhbərlik etdiyi ərazilərə hücuma keçəcəklər və Şimali İraqda vəziyyətə nəzarəti ələ keçirəcəklər”.

Bu sözləri politoloq Qabil Hüseynli bu gün İraq Kürdüstanda keçirilən referendan sonra baş verə biləcək ehtimalları PİA.AZ-a şərh edərkən söyləyib.

Xəbər verdiyimiz kimi İraq Kürdüstanın Yerli Müxtariyyətinin rəhbəri Məsud Bərzani bu gün, sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumu keçirir. Referendumun nəticələrini əvvəlcədən İraq höküməti və parlamenti, həmçinin Türkiyə və İran qanunsuz elan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri Məsud Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar. Öz növbəsində Şimali İraq kürdlərinin lideri geri addım atmayacağını bəyan edib. Bərzani bildirib ki, sonunda ölüm də olsa, buna hazırdırlar. Həmçinin Məsud Bərzani Türkiyə başda olmaqla, qonşu dövlətlərə yaxşı əlaqələrə malik olmaq istədiklərini və Bağdadla beynəlxalq qarantiya altında anlaşmaq istədiklərini vurğulayıb. Bərzaninin Şimali İraqda kürd dövləti yaratmaq planını və referendumu dəstəkləyən tək ölkə isə İsraildir.  

Türkiyə Xarici İşlər Nazirliyi bu gün İraq Kürdüstanda keçirilməsi planlaşdırılan referenduma dair bəyanat yayıb. Bəyanatda deyilir ki, İraq Kürdüstanda bu gün keçiriləcək referendumun nəticələri bütün hallarda əsassız sayılır və milli təhlükəsizliyinin pozulacağı halda Türkiyənin hərəkətə keçəcəyi bir daha vurğulanıb. Bu halda Türkiyənin hansı adadımlar atması gözləniləndir və Ankara Şimali İraqa hərbi qüvvə yeridə bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.



Qabil Hüseynli: “Bu gün İraq Kürdüstanda keçirilməsi planlaşdırılan referendumun qarşısı alınmağa çalışılacaq”.


Politoloq qeyd edib ki, əgər İraq Kürdüstan Türkiyə üçün hər hansı təhlükə yaradacaqsa, bu zaman təbii ki, Türkiyə hərbi qüvvələri hərəkətə keçəcək:

“Birinci onu qeyd edim ki, Ankara Kürdüstan məsələsində bölgə dövlətləri, İraqİranla bir təmas xəttində hərəkət edir. Artıq İranİraqın hərbi qüvvələri Kərkükə giriblər. Türkiyə hərbi qüvvələri isə ərazidə toplanıb təlim keçirlər. Əgər İraq Kürdüstan Türkiyə üçün hər hansı təhlükə yaradacaqsa, bu zaman təbii ki, Türkiyə hərbi qüvvələri hərəkətə keçəcək. Mən güman edirəm ki, bu gün, ya sabah hər üç dövlətin hərbi qüvvələri İraq Kürdüstanı Yerli Müxtariyyətinin rəhbəri Məsud Bərzaninin rəhbərlik etdiyi ərazilərə hücuma keçəcəklər və Şimali İraqda vəziyyətə nəzarəti ələ keçirəcəklər. 

Onu da qeyd edim ki, bu məsələ ilə bağlı dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın prezidenti Həsən Ruhani ilə telefon danışığı olub. Bu danışıqda da bütün məsələlər müzakirə edilib. Mən hesab edirəm ki, bu gün İraq Kürdüstanda keçirilməsi planlaşdırılan referendumun qarşısı alınmağa çalışılacaq. Referendumun qarşısı alınandan sonra da Bərzaninin dik başlığının qarşısı alınacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar