Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün abituriyentlər imtahan verirlər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirir


TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni TQDK-nın internet saytına daxil olaraq çap edirlər.
 
İmtahanda iştirakı nəzərdə tutulan 8109 abituriyentdən 3799 nəfəri oğlan, 4310 nəfəri qızdır.  6097 abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 2012 nəfər isə əvvəlki illərin məzunlarıdır. Ən yaşlı abituriyent 1969, ən gənc abituriyent isə 2000-ci il təvəllüdlüdür. İmtahanın idarə olunması üçün 56 imtahan rəhbəri, 633 nəzarətçi-müəllim ayrılıb. Bakı şəhərində 5355, Naxçıvanda 26, Gəncədə 855, Sumqayıtda 527, Şəkidə 347, Ağcabədidə 107, Göyçayda 208, Şirvanda 156, Lənkəranda 133, Xaçmazda isə 395 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.  İmtahan Bakı şəhərində 10 ,Gəncə şəhərində 2, Naxçıvan, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, LənkəranXaçmazda  isə 1 binada təşkil olunacaq.
 
İmtahan bütün mərkəzlərdə eyni vaxtda - saat 13:00-da başlanır.  İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.  Mayın 1-də keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2016-cı il iyunun 12-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar