Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bəzi yollar bağlanacaq - Siyahı


Bu gün Azərbaycanın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq


Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görö, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 1-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 6-da aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhərində:

Bayraq meydanından Bibiheybət məscidinədək (Salyan şosesi, əks istiqamətdə) saat 10:00-dan 10:40-dək,

Bakı-Ələt yolunda:

Bakı-Sahil qəsəbəsi yolunda (Ələt istiqamətində) saat 10:30-dan 11:10-dək,

Sahil-Z.Tağıyev qəsəbələrini birləşdirən yolda:

Sahil-Z.Tağıyev yolu (hər iki istiqamətdə) saat 11:00-dan 12:00-dək,

Bakı-Şamaxı yolunda:

Bakı-Şamaxı yolu, Sulutəpə qəsəbəsinədək (Bakı istiqamətində) saat 11:50-dən 12:15-dək,

Bakı-Sumqayıt yolunda:

Bakı-Sumqayıt yolu, Sulutəpə qəsəbəsindən Masazır qəsəbəsinədək (Sumqayıt istiqamətində) saat 12:10-dan 12:25-dək,

Masazır-Novxanı-Sumqayıt yolunda:

Masazır-Novxanı yolu (hər iki istiqamətdə) saat 12:15-dən 12:30-dək,
Novxanı-Sumqayıt dəniz kənarı yolu (hər iki istiqamətdə) saat 12:20-dən 12:45-dək,

Sumqayıt şəhərində:

Azərbaycan, Heydər Əliyev, Cəfər Cabbarlı, Zülfü Hacıyev, Sülh pr-ləri, habelə Üzeyir Hacıbəyov küçəsi ilə Babək pr-nin kəsişdiyi ərazi saat 12:30-dan 14:30-dək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar