Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bu yollar bağlanacaq - Siyahı


Bu gün baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimi ilə əlaqədar bəzi marşrut xətlərinin istiqaməti dəyişdirilib


 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi ilə əlaqədar bu gün “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) fəaliyyət göstərmir.

  Səhər saat 06:00-dan Bakı ətrafı kənd və qəsəbələrdən “Koroğlu” NMM-ə gələn marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müəyyən olunmuş istiqamətlər - metronun “Qara Qarayev”, “Neftçilər” və “Həzi Aslanov” stansiyalarına doğru dəyişdirilib.
 
Belə ki, 54, 62, 107, 131, 172, 173 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə “Neftçilər” metrostansiyasına, 139, 148, 163, 166, 184, 198, 204, 216, 214, 217 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə “Qara Qarayev” metrostansiyasına, 101, 136, 150, 160, 171, 187 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Hava Limanı-Zığ beton yolundan keçməklə “Həzi Aslanov” metrostansiyasına yönləndirilib.
 
Dəyişikliyə əsasən, bu gün 1 və 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 17:00-dan etibarən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

* 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı S.Vurğun bağı olmaqla fəaliyyət göstərir.
* 4 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar İ.Hidayətzadə küçəsindən 28 May metrostansiyasına qədər hərəkət edir.
* 5 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar saat 16:00-dan etibarən N.Nərimanov – 28 May metrostansiyasına qədər fəaliyyət göstərir.
* 21 nömrəli marşrut xətti saat 16:00-dan etibarən “Əhmədli” metrostansiyasından son dayanacağı “Xətai” metrostansiyasına qədər fəaliyyət göstərir.
* 32 nömrəli marşrut xətti E.Süleymanov küçəsindən “Xətai” metrostansiyasına qədər fəaliyyət göstərir.
* 46 nömrəli marşrut xətti başlanğıc dayanacağı İ.İsmayılov küçəsi (Günəşli) olmaqla son dayanacağı “Xətai” metrostansiyasına qədər fəaliyyət göstərir.
* 88 nömrəli marşrut xətti başlanğıc dayanacağı 7-ci MKR olmaqla Hökümət evi – Z.Əliyeva – R.Behbudov küçələri istiqamətində fəaliyyət göstərir.
* 125 nömrəli marşrut xətti saat 16:00-dan etibarən Lökbatan NMM-dən Azneft dairəsinə qədər fəaliyyət göstərir.
* H1 nömrəli marşrut xətti 28 May küçəsi – R.Behbudov – S.Rəhimov – Xətai pr. – Babək pr. – N.Rəfiyev – A.Cəlilov – Nobel pr. – Zığ beton yolu – Heydər Əliyev Hava Limanı, əks istiqamətdə isə Heydər Əliyev Hava Limanı – Zığ beton yolu – Nobel pr. – A.Cəlilov – K.Səfərəliyeva – 28 May küç. – “28 May” metrostansiyasına qədər fəaliyyət göstərir.
 
Biletli tamaşaçıların ekspress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna və mərasim bitdikdən sonra müəyyən edilən istiqamətlərdə daşınması üzrə  bu gün biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması 3 seçilmiş istiqamətdən-metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından ekspress xətt avtobusları vasitəsi ilə həyata keçirilir. Bunun üçün adı çəkilən metro stansiyalarının çıxışına yaxın ərazilərdə xüsusi dayanacaq məntəqələri yaradılıb. Həmin dayanacaqlardan biletli tamaşaçıların daşınması prosesi saat 17:00-dan 20:00-dək davam edəcək. Bağlanış mərasiminə gələcək tamaşaçıların sayının çoxluğu nəzərə alınaraq Agentlik ekspress xətt üzrə 430 nəqliyyat vasitəsinin ayrılmasını təmin edib.
 
Bağlanış mərasimini izləmək istəyən biletli əlil tamaşaçılar metronun "Gənclik" stansiyası yaxınlığındakı dayanacaqdakı avtobuslardan istifadə edə bilər.
 
Qeyd edək ki, Oyunların Bağlanış mərasimlərində tamaşaçı kimi iştirak edəcək şəxslər mütləq qaydada ekspress xətt dayanacaqlarında avtobusa minərkən bilet və şəxsiyyətini təsdiq edən sənədi nəzarətçilərə təqdim etməlidir. Bileti təqdim etməyən şəxslərin ekspress avtobuslarına minməsinə icazə verilməyəcək. Bileti onlayn əldə edən tamaşaçılardan isə bunu təsdiq edən sənədi təqdim etmək tələb edilir.
 
Bu gün həm də Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. 
 
Belə ki, Heydər Əliyev prospektinin “Excelsior” hotelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin Azneft meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarında ümumi yol hərəkəti üçün bağlı olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar