Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik


Qoç - Sakit gündür. Kefinizin yaxşı məqamını tutub hansısa yeni və maraqlı layihə üzərində işə başlaya bilərsiniz. Tənbəllik, işsizlik və darıxmaq - bu gün sizin ən böyük düşmənləriniz bunlardır, kefiniz uzun müddətə pozula bilər.

Buğa - Təzadlı gündür. Bir tərəfdən müsbət emosiyalar çoxluq təşkil edir, insanların əhvalı, özünə inamı, optimizmi yüksəlir. Digər tərəfdən isə plan və layihələrin, ümidlərin real həyatla heç bir bağlılığı yoxdur, bunlar hamısı illüziyadır. 

Əkizlər - Bu gün öz ideya və fikirlərinizə riayət edin, başqalarının məsləhətlərinə isə tənqidlə yanaşın. Bir neçə dəfə sizə öz fikrini diktə etməyə çalışan insanlardan uzaq durun, çünki güclü təsirləri altına düşə bilərsiniz. Günün ikinci yarısı lazım olmayan yerə pul xərcləməyin.

Xərçəng - Arzuların qanadında göylərə uçmaq deyil, nə qədər darıxdırıcı olsa da, hadisələri diqqətlə təhlil etmək lazımdır. Qohumlar arasında münasibətlər gərginləşir: çoxları bir-birindən küsür və bu narazılıq getdikcə artır. Baxmayaraq ki, hamı situasiyanın necə vacib olduğunu anlayır, ümumi problemlərin müzakirəsi üçün bir araya gəlmək də mümkün olmur.

Şir - Pis gün deyil, amma narahatlıq keçirəcəksiniz. Demək olmaz ki, uğur birbaşa üzərinizə gəlir, amma onu əldə etmək sizə nəsib olacaq. İş ortaqları və ya rəhbərləri qarşı cinsdən olan Qoçlar işlərində müvəffəqiyyət qazanacaqlar. Daşınmaz əmlak, tikinti materialları və ərzaq məhsulları ilə bağlı uğurlu sövdələşmələr mümkündür.

Qız - Qeyri-formal ünsiyyət, ziyafətlər, kütləvi  çıxışlar üçün uyğun gündür. Aşiq olmaq ehtimalınız var, amma yeni münasibətiniz istədiyiniz kimi asan və rəvan olmayacaq.

Tərəzi - Şəxsi münasibətlərinizdə isə hər şey əksinədir: siz yaxınlarınızı hər cür neqativ təsirdən qoruyursunuz. Günün ikinci yarısı müstəqil məşğuliyyətlər və təklikdə istirahət üçün daha uyğundur - bunlar sizə mənəvi rahatlıq gətirəcək. 

Əqrəb - Hansısa ciddi, mürəkkəb və məsuliyyətli bir layihəyə başlaya bilərsiniz. İşi düzgün bölüşdürmək bacarığınız sayəsində yorğunluq hiss etməyəcəksiniz.

Oxatan - Emosional fon sabit deyil. Tez-tez dəyişən əhvalınızın təsiri altına düşürsünüz. Hansısa axmaq, dəyərsiz və yersiz anlaşılmazlıq üzündən sizin üçün vacib olan əməkdaşlıq pozula bilər. Sizin çoxdan içinizdə yığılıb qalan sözlərinizi üzə vurmaq həvəsiniz rəhbərliklə əməlli-başlı münaqişəyə səbəb ola bilər.  

Oğlaq - Sizin ən böyük düşmənləriniz - zəiflikləriniz və kaprizlərinizdir. Əlbəttə, özünü sıxma-boğmaya salmaq o qədər də xoş deyil, amma getdikcə güclənən istəklərinizdən imtina etsəniz, çox yaxşı olar. Bu gün pəhriz saxlamaq, yaxud zərərli vərdişlərlə mübarizə sizə çətin olacaq. Səhhətinizə zərər vurmamağa çalışın.

Dolça - Siz çox tələsirsiniz, bu isə xoşagəlməz hadisələrə səbəb ola bilər. "Qatarın qabağında qaçmaq" sizə bu qədərmi adrenalin bəxş edir? Hadisələri sakitcə müşahidə etməklə qəti hərəkətlər üçün lazım olan anı düzgün təyin edə bilərsiniz.

Balıqlar - Əsas odur ki, bu gün ətrafınızdakılara qarşı nə hisslər duyduğunuzu aydınlaşdırasınız. Bəziləri yaxşı insanlar olsalar da, sizinki onlarla tutmur - bunu artıq boynunuza almağın vaxtı gəlib. Yaxşı düşünülmüş qərar həyatınızı yaxşılığa doğru dəyişməyə imkan verəcək.(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar