Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?


Qoç - gün ərzində yaşanacaq hadisələr ilk baxışdan göründüyü qədər əhəmiyyətli və vacib deyil. Olayları ürəyinizə salmayın. Gözlənilməz işgüzar təklifin alınması istisna deyil. Bu təklif ilk baxışdan çox maraqlıdır. Əslində isə çoxsaylı çətinliklərlə bağlıdır. Üstəlik, çox az gəlir vəd edir.
Ağır fiziki işə qatlaşmayın.
Günün ikinci yarısında insanların gur olduğu yerə yollanmayın. Yaxınlarınızla ünsiyyətlə kifayətlənin. Qəfil romantik etiraf istisna deyil.
 
Buğa - maneələr və sədlər yaransa da, qarşınıza qoyduğunuz məqsəddən vaz keçməyin. Çətindir, amma geri çəkilməyin. Əhvalınız günün ilk yarısında yaxşı olacaq, amma saatlar keçdikcə yorulacaqsınız. Xroniki ağrılar özlərini xatırlada bilər.
Pulları ağılla və məntiqlə xərcləyin. Əlavə gəlir ola bilər. Yeni tanışlıqlar üçün münasib zamandır. Uzaqdan gəlmiş insanlarla münasibətlərdə sayıq və diqqətli olun.
İdeyalar pis deyil. Onlardan birini həyata keçirməyə çalışın.
 
Əkizlər - peşəkar fəaliyyət müstəvisində eyni vaxtda bir neçə problemi həll edə bilərsiniz. Həmkarlarınız və ya rəqiblərinizin öhdəsindən gələ bilmədikləri problemi çözməyə səy gösitərin. Uğurlarınız barədə işdə rəhbərliyə məlumat verməkdən çəkinməyin. Belə davranış işdə irəliləmək üçün yaxşı yoldur.
Günün ikinci yarısı anlaşmalar və sövdələşmələr üçün uğurludur. Alış-veriş etmək də olar.
Axşam saatlarına yaxın uzaqlara yollanmaq məsləhət deyil. Belə səfər yorucu olacaq, çox vaxt alacaq. Dəyərli əşya və ya mühüm sənədlərin itirilməsi riski var. Diqqətli olun.
 
Xərçəng - bu gün qarşınıza qoyduğunuz məqsədlər asan deyil. Lakin onları həll etməyə başlasanız, faydalı təcrübə əldə etməklə yanaşı, maraqlı tanışlıqlara nail olacaqsınız. Seminar və ya konfrasa dəvət alsanız, imtina etməyin. İdeyalarınız bir çoxlarını maraqlandıracaq. İş yerini dəyişmək olar. Bir zamanlar məhsuldar şəkildə, maraqla çalışdığınız yerə qayıda bilərsiniz.
Axşam saatları yeni tanışlıq vəd edir. Ani rəğbət ciddi hisslərin təməlinə çevrilə bilər.
İmiclə eksperimentlər etmək, qarderobu yeniləmək üçün münasib zamandır.
 
Şir - tələsik qərarlar qəbul edərək düşünülməmiş addımlar atmasanız, ciddi problemlər yaranmayacaq. Yeni layihələrin reallaşmasına ehtiyatla yanaşın. Yalnız sınanmış tərəfdaşlar, müttəfiqlər və dostların sizi dəstəklədiklərinə əmin olandan sonra yeni layihə, yaxud işə başlayın. Kiçik məbləğdə xərclər, ötəri maliyyə çətinlikləri ola bilər. Belə müşküllərin öhdəsindən tezliklə gələcəksiniz.
Günün ikinci yarısında diqqəti cəlb etmək üçün orijinal və ya ekstravaqant addımlar atmayın. Belə addımların fəsadlarını düşünün. Yüz ölçüb, bir kəsin və ehtiyatlı olun.
 
Qız - işlər həddən artıq çoxdur. Nə qədər çox işin öhdəsindən gəlsəniz, işlər bir o qədər artacaq. İşdə rəhbərlik qarşınıza çox ağır tələblər qoyacaq. Ən kiçik səhviniz sərt tənqid ediləcək və bu minvalla əhvalınız pozulacaq. Fəqət situasiyaya ayıq, məntiqi şəkildə baxın. Anlayacaqsınız ki, tənqidlərin əksəriyyəti səbəbsiz deyil.
Günün ikinci yarısında gözlənilməz görüş, planlaşdırılmamış səyahət ola bilər. Planları dəyişməli, istirahət və ya əyləncədən imtina etməli olacaqsınız. Onlara yetərincə diqqət ayırmadığınıza görə yaxınlarınız sizdən inciyə bilərlər.
 
Tərəzi - peşəkar fəaliyyət baxımından münasib gündür. Lakin emosional fon həddən artıq qeyri-satbildir və əhvalınız adi günlərlə müqayisədə daha tez-tez korlanır.
Yaxın ətrafınızdakı insanlar sizi anlamaqda çətinlik çəkirlər. Bu isə münaqişəyə və ya mübahisəyə səbəb ola bilər. Yaşananları anlamağa çalışın.
Bir qədər tək qalın. İstək, niyyət və emosiyalarınızı konkretləşdirin. Belədə daha asan olacaq.
Əslində, nələr baş verdiyini özünüz də tam anlamırsınız.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşsanız, işlərinizdə uğurlara nail olacaqsınız. Başqasının təcrübəsinə başdansovdu, laqeyd yanaşmayın. Yaşlı qohumların verdikləri məsləhətlər pis deyil.
 
Əqrəb - böyük uğurlara nail ola bilərsiniz. Müstəqil hərəkət etməyə, təkbaşına fəaliyyətə hazır olun. Yeni həmfikirlər tapacaqsınız. Çoxdankı müttəfiqlər və etibarlı saydığınız insanlar sizi dəstəkləməyəcəklər. Bu gün ideyalarınız orijinal, faydalı və cəsurdur. Onların həyata keçirilməsi isə müəyyən çətinliklərlə bağlıdır.
Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərsiniz. Alış-verişə çıxmaq, daşınmaz əmlakla bağlı anlaşma və ya sövdələşməni müzakirə etmək olar.
Yaşlılarla münasibətlərinizin harmonik olmasına can atın. Axşam saatlarında ünsiyyət maraqlı və xoş olacaq.
 
Oxatan - işgüzar münasibətlər, əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Ümumi maliyyə məsələlərini təhlil edin. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Sizinlə birlikdə ağır işin öhdəsindən gəlməyə hazır insanları tərəfdaşlığa cəlb edin. Başqalarının sifariş və ya tapşırıqlarını yerinə yetirməklə məşğulsunuzsa, öz fikrinizi bildirməkdən çəkinməyin. Bu minvalla mənasız işlərdən və izafi səylərdən qurtula bilərsiniz.
Günün ikinci yarısı yaxınlarla ünsiyyət üçün münasibdir. Dostlarla təmaslar, romantik görüş pis keçməyəcək.
 
Oğlaq - dəstəyini almaq istədiyiniz nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanla görüşün. İdeyalarınızı normal təqdim edin, ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Yeni işgüzar tərəfdaşlarınız istəsəniz, az sonra müttəfiqlərinizə çevrilə bilər.
Günün ikinci yarısında emosiyalarınıza hakim olun, hisslər burulğanına düşməyin. Soyuqqanlı və təmkinli davransanız, münasibətlərdəki harmoniya pozulmayacaq.
Axşam saatlarında ailə üzvləri ilə həssas davranın, qayğıkeş olun.
Əhvalınız yaxşılaşacaq.
 
Dolça - sonsuz söhbətlər və müzakirələr zamanıdır. Bu söhbətlər xoş olsa da, tam əksəriyyəti mənasızdır. Yaxın ətrafınızdakı insanlar və tanışların səxavətlə payladıqları vədlərə inanmayın. Bu vədlərin çoxu uyğunsuz şərtlərdən dolayı yerinə yetirilməmiş qalacaq. Kiçik maliyyə itkiləri ola bilər. Gəlir verəcəyini düşündüyünüz iş alınmaya bilər.
Günün ikinci yarısında əks cins mənsubu ilə dil tapmaq çətindir. İnsanlar sizdən yardım istəyirlər. Bəziləri yardım, bəziləri isə sadəcə, xoş söz gözləyirlər. Axşam saatlarını sakit istirahətə həsr edin. Qüvvələrinizi bərpa edin.
 
Balıqlar - ideyalarınızı cəsarətlə söyləyin, işlərinizdə təşəbbüskar olun. Bu gün çalışdığınız yerlə yanaşı, bilavasitə fəaliyyət sahəsindən kənarda da müttəfiq və tərəfdaş tapacaqsınız. Layihələriniz nüfuzlu insanları maraqlandıra bilər. Onlar layihələrdən birinə pul yatırmağa hazırdırlar.
İşgüzar təmaslarda diqqətli olun. Vəd verməyə, öhdəliyə boyun olmağa tələsməyin. Sərfəli şərtləri gözləyin.
Günün ikinci yarısında səfər və ya səyahət uğurlu alınacaq. Axşam saatlarında gəzinti əhvalınızı yaxşılaşdıracaq. Nə qədər aktiv olsanız, yaşam potensialının səviyyəsi bir o qədər yaxşı olacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar