Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün deputatın qardaşı oğluna iş istəniləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə deputat Hüseynbala Mirələmovun qətldə təqsirləndirilən qardaşı oğlu Rəşad Mirələmovun işi üzrə məhkəmə iclası keçiriləcək


Dərc edilib Bu gün, 12:39

13:57
***

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə deputat Hüseynbala Mirələmovun qətldə təqsirləndirilən qardaşı oğlu Rəşad Mirələmovun işi üzə məhkəmə iclası avqustun 5-dək təxirə salınıb. Bu barədə məlumatı İnterpress.az-a Rəşad Mirələmovun vəkili Kamandar Nəsibov verib. Vəkilin sözlərinə görə, məhkəmənin təxirə salınmasına səbəb R.Mirələmovla bağlı Xəzər rayon Məhkəməsində çıxarılan hökmün hələ qüvvəyə minməməsidir: “Prokuror bunu əsas gətirərək çıxış etməkdən imtina etdi. Bildirdi ki, çıxış üçün həmin hökmün qüvvəyə minməsi vacibdir. Bunu nəzərə alan məhkəmə heyəti prosesi avqustun 5-dək təxirə saldı”.

12:39
***

Məhkəmə iclasında prokurorun çıxışı gözlənilir. Prokurorun deputatın qardaşı oğluna ömürlük həbs cəzası istəməsi ehtimal edilir.

Qeyd edək ki, R.Mirələmov "1001 gecə" istirahət mərkəzində Ramal Bayramovu qəsdən öldürmək, Səməd Mənsimov, Elmar Süleymanovu qəsdən öldürməyə cəhd etməkdə ittiham olunur. 

Uzun müddətdir ki, davam edən məhkəmə prosesində deputatın qardaşı oğluna hökm oxunması yubanırdı. Buna səbəb kimi isə Rəşad Mirələmova neçə il həbs cəzasının veriləcəyi ilə bağlı yaranmış qeyri-müəyyən vəziyyət göstərilirdi. Belə ki, bundan əvvəl də R.Mirələmov qətldə ittiham olunub və psixi xəstəliyi səbəbindən cəzasının 8 il 2 ayını çəkməkdən azad edilib. Lakin növbəti dəfə qətldə şübhəli bilinərək həbs olunduqdan sonra Rəşad Mirələmovun psixi xəstə olması barədə bundan əvvəlki həkim rəyi ləğv edilib. 

Bu isə R.Mirələmovun ömürlük həbsə məhkum edilməsi ehtimalını yaradıb. R.Mirələmovun vəkili Kamandar Nəsibov bu gün məhkəmənin keçiriləcəyi və prokurorun çıxışının gözlənildiyini İnterpress.az-a təsdiqləyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar