Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün intizam komissiyası Zahid Orucla bağlı toplaşacaq

Bu gün parlamentdə intizam komissiyası Zahid Orucla bağlı toplaşacaq


Milli Məclisin intizam komissiyası iyulun əvvəllərinə təyin etdiyi toplantısını bu günə təyin edib

Bu barədə komissiya üzvlərindən biri musavat.com-a məlumat verib. Parlamentin mətbuat xidmətindən isə deyilib ki, komissiya iclasları barədə məlumatlar xüsusi zərurət olduğu halda ictimailəşdirilir. 

Qeyd edək ki, iclasda deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş insident müzakirə olunacaq. Parlament sədri növbədənkənar iclasın son toplantısında baş verənlərə görə intizam komissiyasının sədri Ağacan Abiyevə Z.Orucun davranışları ilə bağlı araşdırma aparmağı və deputatın hərəkətlərinə qiymət verməyi tapşırmışdı.  

Ağacan Abiyev isə jurnalistlərə açıqlamasında 12 komissiya üzvünün və Z.Orucun iştirakı ilə məsələyə qiymət veriləcəyini deyib. Ancaq onun cəzalandırılmasını istisna edən komissiya sədri deputata tövsiyələrin ediləcəyini bildirib. A.Abiyev deyib ki, sədrlə söz güləşdirməyə heç kəsin ixtiyarı yoxdur. 

“Ağacan Abiyevə hörmətlə yanaşıram. Əlbəttə ki, istənilən məsələyə baxmaq intizam komissiyasının hüququdur. Sözü gedən bugünkü hadisəyə gəldikdə isə hesab edirəm ki, hər kəs şahiddir, parlament üzvü kimi məsələyə münasibətdə öz düşüncələrimi bölüşdüm”. Bu fikirlər isə deputat Zahid Oruca məxsusdur.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar