Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün hava proqnozu


İyulun 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat


PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 20-25°, gündüz 31-36° isti, Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütununda 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 50-60, gündüz 35-40 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 12-17°, gündüz 23-28° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 19-24°, gündüz 32-37° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında hava, əsasən, yağmursuz keçəcək, dağlarda duman olacaq.

Temperaturun gecə 20-24°, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyulun 24-25-də Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətin normadan çox olması meteohəssas insanlar üçün əlverişsizdir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar