Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün hava proqnozu


Sentyabrın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat


PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Şimal-qərb küləyi 15-20 m/s, gecə və səhər arabir 23-25 m/s-dək güclənəcək, axşama doğru 10-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-31° isti olacaq.

Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı-758 mm civə sütunu, nisbi rütubət axşam və gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25° isti, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi 5-10 m/s.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,  Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. 
Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir. 

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gün ərzində, əsasən, yağmursuz olacaq. 
Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. 
Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. 
Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir. 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. 
Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti olacağı gözlənilir. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi 5-10 m/s, arabir güclənəcək. 
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacağı gözlənilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar