Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün hava proqnozu


Sentyabrın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat



PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi, küləyin ani maksimal sürətinin bəzi ərazilərdə 30-34 m/s-yə çatacağı ehtimalı var.

Temperaturun gecə 19°-yə yaxın, gündüz 20-24° isti, Bakıda gecə 19°-yə yaxın isti, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Qərb, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var.
Temperaturun gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.

Qərb, şimal-qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi ehtimalı var.

Temperatur gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Qərb, şimal-qərb küləyinin arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var.

Temperaturun gecə 15-20° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.

Qərb, şimal-qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcəyi, küləyin ani maksimal sürətinin 30-34 m/s-yə çatacağı ehtimalı var.

Temperatur gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Qərb, şimal-qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcəyi, bəzi Kür vadisi rayonlarında küləyin ani maksimal sürətinin 30-34 m/s-yə çatacağı ehtimalı var.

Temperatur gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Şimal-şərq küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə 25-30 m/s-dək güclənəcəyi ehtimalı var.
Temperatur gecə 17-20° isti, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Hava şəraitinin dəyişiləcəyi haqqında xəbərdarlıq

Sentyabrın 17-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcəyi gözlənilir. Arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar