Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün hava proqnozu


Sentyabrın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat


PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi 8-13 m/s olacaq, gecəyə doğru şimal-qərb küləyi 10-15 m/s, arabir 18-20 m/s təşkil edəcək.

Temperaturun gecə 17-21° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi-763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.

Temperatur gecə 14-19° isti, gündüz 27-32° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.

Temperatur gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-28° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-19° isti olacaq. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar