Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün hava proqnozu


Sentyabrın 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat


PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Cənub-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, axşam şimal-qərb küləyi 18-23 m/s olacaq, arabir 25-30 m/s-dək güclənəcək.

Temperatur gecə 17-20° isti, günün birinci yarısında 28-33°, axşama doğru 20-23 isti, Bakıda gecə 18-20° isti, gündüz 30-32°, axşama doğru 20-23° isti olacaq.

Atmosfer təzyiqi səhər və gündüz 750 mm civə sütununadək enəcək, axşam 759 mm civə sütununa yüksələcək. nisbi rütubət axşam və gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, arabir 20-25 m/s olacaq.

Temperatur gecə 12-17° isti, gündüz 29-34° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında səhər bəzi yerlərdə duman olacağı, şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir.

Cənub-qərb, qərb küləyinin 15-20 m/s, arabir 25 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə küləyin ani maksimal sürətinin 28-33 m/s-yə çatacağı ehtimalı var.

Temperatur gecə 5-10° isti, gündüz 16-21° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir.

Cənub-qərb, qərb küləyinin 15-20 m/s, arabir 25 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə küləyin ani maksimal sürətinin 28-33 m/s-yə çatacağı ehtimalı var.

Temperatur gecə 14-19° isti, gündüz 28-33° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında səhər bəzi yerlərdə duman olacağı, şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir.

Cənub-qərb, qərb küləyinin 15-20 m/s, arabir 25 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə küləyin ani maksimal sürətinin 28-33 m/s-yə çatacağı ehtimalı var.

Temperatur gecə 11-16° isti, gündüz 24-29° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Cənub-qərb, qərb küləyinin 15-20 m/s, arabir 25 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə küləyin ani maksimal sürətinin 28-33 m/s-yə çatacağı ehtimalı var.

Temperatur gecə 15-20° isti, gündüz 30-35° isti olacaq.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Cənub-qərb, qərb küləyinin 15-20 m/s olacağı, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Temperatur gecə 19-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti təşkil edəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar