Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün hava proqnozu


Oktyabrın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat


Pia.az AzərTAc-a istinadən xəbər verir ki, BakıdaAbşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacağı ehtimalı var.

Şimal-qərb küləyi 10-15 m/s sürətlə əsəcək, arabir 18-23 m/s-dək güclənəcək. Axşam şimal-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.

Temperaturun gecə 14-17°, gündüz 18-23°, Bakıda gecə 14-16°, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər çiskinli yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. 

Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, arabir güclənəcək.

Temperatur gecə 8-13°, gündüz 20-25° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperatur gecə 4-8°, gündüz 12-17° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Gün ərzində hava əsasən yağmursuz keçəcək.

Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperaturun gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperatur gecə 8-13°, gündüz 16-21° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gün ərzində hava əsasən yağmursuz keçəcək.

Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Temperaturun gecə 11-16°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək.

Şimal-şərq küləyi 5-10 m/s sürətlə əsəcək, gündüz arabir güclənəcək.

Temperatur gecə 15-18°, gündüz 18-23°, dağlarda gecə 7-12°, gündüz 15-19° isti təşkil edəcək. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar