Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün hava proqnozu


Oktyabrın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat


Pia.az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Axşama doğru şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Temperatur gecə 10-13° isti, gündüz 16-21° isti, axşama doğru 8-12°, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti, axşama doğru 10-12° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və axşam 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti

Şimal və şərq rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Temperaturun gecə 9-14° isti, gündüz 20-15° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyinin arabir 18-23 m/s-yə çatacağı istisna olunmur.

Temperaturun gecə 4-9° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.

Şimal-qərb küləyinin arabir 15-20 m/s olacağı, gündüz arabir 25-30 m/s-yə çatacağı istisna olunmur.
Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyinin 15-20 m/s, gündüz arabir 23-28 m/s olacağı, axşam bəzi yerlərdə 30-33 m/s-yə çatacağı istisna olunmur.

Temperaturun gecə 6-11° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında arabir havanın yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyinin 15-20 m/s olacağı, gündüz arabir 25-30 m/s-yə çatacağı istisna olunmur.

Temperaturun gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı, axşam bəzi rayonlarda 30-33 m/s-yə çatacağı istisna olunmur.

Temperaturun gecə 9-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Şimal-şərq küləyinin 15-20 m/s olacağı, axşam arabir 25-30 m/s-yə çatacağı gözlənilir.

Temperaturun gecə 13-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 8-13° isti, gündüz 12-17° isti olacağı gözlənilir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar