Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün hava proqnozu



Martın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, martın 4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, martın 5-də gündüz arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında, əsasən, gecə və axşam havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 0-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında, əsasən, gecə və axşam yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Temperaturun gecə 5-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar