Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün hava proqnozu


Bu gün Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir


Avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən azərtac-a verilən məlumata görə, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 24-27°, gündüz 33-37° isti olacağı gözlənilir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29°, Türkan, Hövsan, Şıx və Sahildə 29-30° isti təşkil edəcək.

Avqustun 5-də Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Avqustun 6-7-də arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 35-40° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 34-39°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-38°, dağlarda gecə 15-20°, gündüz 30-35° isti olacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar