Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il 56 nəfər spirtli içkidən zəhərlənib


Bu ilin 6 ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciətlərin sayı açıqlanıb


KTM-in Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, dərman zəhərlənmələri ilə 241 nəfər, dəm qazı zəhərlənmələri ilə 133 nəfər, kəskin allergik reaksiyalar ilə 67 nəfər, sirkə turşusu zəhərlənmələri ilə 52 nəfər, spirtli içkilərdən zəhərlənmələrlə 56 nəfər müraciət edib.

Baş toksikoloq bildirib ki, 41 nəfəri ilan, 3 nəfəri isə əqrəb sancıb. Onun sözlərinə görə, 2 nəfər sirkə turşusundan baş vermiş zəhərlənmə nəticəsində ölüb.

A. Maqsudov qeyd edib ki, bir neçə gün əvvəl Sumqayıtda kanalizasiya quyusuna düşən fəhləni xilas edərkən zəhərlənən Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 əməkdaşı da şöbəyə gətirilib: “Dörd nəfərdən ikisi koma, ikisi isə orta-ağır vəziyyətdə şöbəyə çatdırılmışdı. Həkimlərin gərgin əməyi nəticəsində FHN-nin zəhərlənmiş dörd əməkdaşı tam şəkildə həyata qaytarılıb”.

Şöbə müdiri region xəstələrində ilan zəhərinə qarşı zərdabların olmaması barədə fikirlərə də münasibət bildirib. O bildirib ki, hər bir mərkəzi rayon xəstəxanası ilan zəhərlənmələri əleyhinə zərdablarla tam təmin olunub. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar