Azərbaycan Müəllif Hüquqları Agentliyində 2015-ci ilin 7 ayı ərzində ümumillikdə 375 əsər dövlət qeydiyyatından keçirilib
Bu barədə "Report"a Agentliyin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli məlumat verib.
O bildirib ki, qeydiyyatdan keçirilən əsərlərdən 67-si ədəbi əsər (roman, povest, hekayə, şeir, film ssenarisi, publisistika), 40-ı musiqi əsəri (mətnli, mətnsiz. audiovizual) olub. Bununla yanaşı, 226 elmi əsər, 21 tərtibat əsəri, 3 kompüter proqramı, 5 törəmə əsər, 2 yayım təşkilatının verilişi qeydiyyatdan keçirilib.
pia.az