Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Qarabağa dair Minsk konfransı çağırıla bilər

Azərbaycanın öhdəsində bu məsələni gündəmə gətirmək üçün bütün əsaslar var; Avropanın aparıcı dövləti kimi Almaniya da ATƏT-in yeni sədri olaraq təşəbbüsü ələ alıb bu yöndə status-kvonun dəyişməsinə ciddi töhfə verə bilər, əgər...


Azərbaycanın da yerləşdiyi Güney Qafqaz regionunda köklü maraqlara sahib Türkiyə və Rusiya arasında münasibətlər yenidən gərginləşib. Rusiya tərəfi boynuna almasa da, rəsmi Ankara, Pentaqon və NATO təsdiqləyir ki, bu dəfə də rus hərbi təyyarəsi qardaş ölkənin hava məkanını pozub.

 İnsidentlə bağlı Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb, ölkə Silahlı Qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib, prezident Rəcəb Tayyib Ərdoğan belə hal təkrarlanarsa, xəbərdarlıq edilmədən “vur” əmrini verib. 

Yeni ilin ilk ayı beləcə iki regional güc arasında növbəti xoşagəlməz hadisə ilə yadda qalıb. Bu olay şübhə yox ki, regionda, xüsusən də Dağlıq Qarabağ konflikti ətrafında situasiyaya əlavə neqativ çalarlar qatır, münaqişənin həlli yönündə zəruri olan qarşılıqlı etimad atmosferini daha əlçatmaz edir. 

Ən azı o səbəbdən ki, konfliktin həlli perspektivinə həm Rusiyanın, həm də Türkiyənin mühüm təsir imkanları var və istəsək də, istəməsək də hər iki amil ciddiyə alınmaq zorundadır. Belə ki, əgər Moskva işğalçı Ermənistan üzərində həlledici söz sahibidirsə, qardaş ölkə də Azərbaycanın yanında sözükeçərli dövlətdir. Demək, Qarabağa dair hansısa anlaşma variantında Rusiya və Türkiyənin səyləri ilə sülhə daha tez nail olmaq mümkündür. Əksinə, Moskva və Ankara arasında konfrontasiya Qarabağ ixtilafının təzədən qızışma ehtimalını artırır.

*** 
Bu və başqa səbəbdən belə görünür, ATƏT-in yeni sədri kimi Almaniya üçün 2016-cı il Avropanın aparıcı dövləti olmasına rəğmən, yetərincə gərgin keçəcək. Rəsmi Berlin öz nüfuzundan istifadə edib ATƏT-in Minsk Qrupunun işində canlanma yarada biləcəkmi? Özündə potensial müharibə riskləri daşıyan mövcud status- kvonun dəyişməsinə nail ola biləcəkmi? 

Söyləmək çətindir. Ona görə ki, Almaniyanın Dağlıq Qarabağ probleminin həllinə yanaşması üç vasitəçi dövlətin - ABŞ, Rusiya və Fransanın yanaşması ilə üst-üstə düşmür, Berlin ədalətli mövqedə dayanır, Azərbaycanın haqq işini müdafiə edir. 

Almaniya hökuməti konfliktə Azərbaycanla Ermənistan arasında olan münaqişə kimi baxır və işğal altındakı ərazilərin azad edilməsini sülh planı üçün əsas şərt hesab edir. Bənzər mövqeyi ötən ilin yanvarında Berlinə səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Almaniya kansleri Angela Merkel ortaya qoymuşdu. 

Məhz bu səbəbdən rəsmi Bakı Almaniyanın Dağlıq Qarabağ məsələsində fəallaşmasına çox pozitiv baxır. Keçən il isə Azərbaycan tərəfi Almaniyanın həmsədrliyə gətirilməsi ilə Minsk Qrupunun hazırkı uğursuz formatını dəyişdirməyə çeşidli səylər göstərib. Əfsuslar olsun ki, Qarabağ münaqişəsini “özəlləşdirmiş” üç həmsədr ölkə buna siyasi qısqanclıq göstərdilər və imkan vermədilər. Yeri gəlmişkən, onlar Almaniyanın BMT Təhlükəsizlik Şurasının 6-cı daimi üzvü kimi qəbul edilməsinə də razılıq verməmişdilər. 

Bununla belə, Almaniyanın ATƏT sədri kimi mandatı və nüfuzu yenə də Dağlıq Qarabağ məsələsinə onun müəyyən ciddi töhfə verməsini mümkün edir - bir şərtlə, Minsk Qrupu həmsədrləri buna qısqanc yanaşmasın və özləri də sülh prosesinə təkan versinlər. Əks təqdirdə, problem yerində qalmaqda davam edəcək. 
*** 
Onu da yada salaq ki, Almaniya dövləti Minsk Qrupunun üzvüdür. Bu xüsusda rəsmi Berlinin təşəbbüslərindən biri elə öz nüfuzundan istifadə edib Minsk konfransını çağırmaq ola bilər. Bu konfransda bir daha problemin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması əsasında həllinin vacibliyi təsbit edilin bilər ki, bununla da həmsədrlər fakt qarşısında qalardılar.   

Belə bir sənədin qəbul olunmasının vaxtı əslində çoxdan çatıb. Hər halda, Türkiyə ilə öz arasında gərginləşən münasibətlər fonunda Rusiyanın əhəmiyyəti artan forpost Ermənistanı heç kimin ayağına verməyəcəyi yəqindir. Deməli, mövcud şərtlər fonunda Dağlıq Qarabağ məsələsində də ona təzyiqlər edəcəyini gözləməyə dəymir. 

Fransaya gəlincə, elə ötən həftə bəlli oldu ki, prezident Fransua Olland saxta “erməni” soyqırımını inkara görə cəza nəzərdə tutan qanunun qəbulu üçün yenidən təşəbbüslə çıxış eləməyə hazırlaşır. İşğalçı Ermənistanı “öz kiçik bacısı” sayan bir dövlətin rəhbəri əgər belə bir mövqedədirsə, Fransadan da ədalət gözləməyə dəyərmi?

O ki qaldı Amerikaya, nə yazıq ki, ABŞ da məsələdə indiyədək neytrallıq və obyektivlik nümayiş etdirə bilmir. Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçilərinin vaxtaşırı ABŞ-a səfər edərək Vaşinqtonda, Konqresdə rahatca görüşlər keçirməsi, Amerikanın hər il separatçı rejimə maliyyə köməyi ayırması (halbuki başqa separatçı qurumun təmsilçilərinə qarşı ən sərt qadağalar tətbiq olunur), habelə işğala məruz qaldığı halda “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişin məhz Azərbaycana tətbiq olunması buna parlaq sübutdur.

*** 
Bu və digər amillər toplusu dinc nizamlama prosesinin perspektivlərini xeyli dumanlı edir. O üzdən Azərbaycan da təcavüzə məruz qalan tərəf kimi özünün müstəsna beynəlxalq hüququndan yararlanaraq, həmçinin BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrinin həmsədrlər tərəfindən məqsədli şəkildə illərdir sabotaj olunmasını əsas götürərək, konfliktlə bağlı Minsk konfransını çağırıb, situasiyaya real və obyektiv qiymət verilməsinə çıxış yolu tapılmasına nail ola bilər. Bu addımla eyni zamanda müharibə riskləri bütün ciddiliyi ilə gündəmə gətirilmiş olar. 

Belə bir toplantı ən azından, Minsk Qrupunun indiki həmsədrliyinin işinin effektsiz olmasını təsbiti demək olardı ki, bu da yenı Azərbaycanın perspektiv maraqlarına uyğundur. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar