Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il fövqəladə hadisələrdə ölənlərin sayı açıqlandı


Bu ilin I rübü ərzində respublika ərazisində baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu ilin I rübü ərzində respublika ərazisində 31 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 48% çoxdur. Partlayışlar zamanı 7 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

Həmçinin bu ilin ilk üç ayında baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə  operativ olaraq 2204  çıxış edilib. Yanğın hadisələri zamanı 24 nəfər ölüb, 64 nəfər xəsarət alıb. Bu da ötən ilin I rübü  ilə müqayisədə yanğından ölənlər  üzrə 7 nəfər və ya 41%,  xəsarət alanlar üzrə 35 nəfər və ya 121% çoxdur. Yanğınların söndürülməsi zamanı 20 nəfər xilas edilib, 353  nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Hesabatda həmçinin bildirilir ki, 2017-ci ilin I rübü ərzində respublika ərazisində 2269 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin  I rübü ilə müqayisədə 625 hadisə və ya  38% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 106  nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 21 nəfər xilas edilib, 376 nəfər təxliyə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar