Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ilin fövqəladə hallar statistikası: 96 ölüm, 250 xəsarət


FHN 2015-ci ilin I yarısında baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb


Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2015-cü ilin I yarısında respublikada baş verən təbii və texnogen hadisələrin statistikasını açıqlayıb.
 
FHN-dən APA-ya verilən məlumata görə, 2015-ci ilin 6 ayı ərzində respublika ərazisində 20 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 5% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 20 nəfər xəsarət alıb. 
 
Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq, 5488 çıxış edilib. Yanğın hadisələri zamanı 43 nəfər həlak olub, 105 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 12 nəfər və ya 39%, xəsarət alanlar üzrə 45 nəfər və ya 75% çoxdur. 
 
2015-ci ilin ilk yarımilliyi ərzində respublika ərazisində 5581 təbii və texnogen mənşəli hadisə baş verib, bu isə da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 736 hadisə və ya 15% çoxdur.
 
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 125 nəfər xəsarət alıb.
 
Nazirliyin xilasediciləri tərəfindən 76 nəfər xilas edilib, 517 nəfər təxliyə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar