Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu qədər təsadüf olurmu?


Bəlkə də təsadüf idi. Amma mən bir şeyi başa düşə bilmirəm. Niyə görə təsadüflər təsadüfi adamları aparmır? Bəli, rusiyalı siyasətçi Boris Nemtsov qətlə yetiriləndən bu sual mənə rahatlıq vermir...


İndi çox şey deyirlər. Hətta deyirlər ki, guya Putin xəstədir. Mən bunun nə qədər doğru olub-lmadığını deyə bilmərəm. Amma bu qədər təsadüflər üst-üstə düşəndə dönüb olur qanunauyğunluq...

Qərəz, səhv etmirəmsə, aprelin 19-da Rusiya müxalifəti aksiya keçirmək əzmindədir. Onu B.Nemtsovun xatirəsinə həsr etmək niyyətindədirlər. Amma indidən bir sual da adama rahatlıq vermir: görən, nə qədər adam gələcək?

Bu yaxınlarda elə bu konteksdə Azərbaycanla bağlı düşünürdüm. İnsanlar aksiyalara gəlmirlər, amma internetdən izləyirlər. Özü də internet izləyicilərinin sayı yetərincədir. Prinsipcə, normal bir ölkədə bu, böyük siyasi nəticələr verə bilərdi. Təbii ki, düzgün və ədalətli seçkilər olsaydı... 

Seçkidə adi vətəndaş üçün əsas məsələ məlumatlı olmaqdır. Məlumatlı olmaq düzgün seçim etməyə kömək edir. Amma Azərbaycanda seçki yoxdur, ona görə də istər məlumatlı ol, istərsə də məlumatsız, fərq etmir, seçkiyə qədər sənin əvəzinə “seçib” qurtaracaqlar...
Fəqət, bir daha deyirəm ki, normal ölkədə müxalifət elə bu cür siyasi “çarx”larla seçkini uda bilərdi... Mən Rusiyada da düzgün seçki keçirildiyinə inanmıram. Ola bilsin, Moskva, Peterburq kimi şəhərlərdə seçki olur. Amma Rusiyanın “milli” subyektlərində, məsələn, Çeçenistanda düzgün seçki keçirildiyinə inanmaq olarmı?...

Rusiyanın problemi təkcə bu deyil. Bu ölkənin müxalifətinin hansı ideoloji zümrəni əhatə etdiyi bəlli deyil. V.Putin  sağ-mərkəzçi elektoratı ələ keçirdi, özünün dövlətçilik şüarları ilə millətçi elektoratın rəğbətini, sovet keçmişinə sayğısı ilə solçuların dəstəyini qazandı...
İndiki Rusiyada cəmiyyətdəki ideoloji sərhədləri müəyyən etmək elə də çətin deyil. Bu gün Rusiyada bir ideoloji cəbhələşmə var- Rusiyanın Qərbə inteqrsiyasını istəyən, ölkənin qərbyönümlü evolyusiyasını arzulayanlar var və bir də “rusofillər”, indiki siyasi kursun tərəfdarları var...

Kimin çox olduğunu demək əbəsdir. Qərbçilər Rusiyada həmişə azlıqda olublar. Güman ki, indi də azlıqdadırlar. Bu yaxınlarda bu ölkədə keçirilmiş bir sorğunun nəticələri dəydi gözümə-rəyi soruşulanların demək olar ki, 90 faizi Krımın ilhaqını dəstəkləyir...
Zənnimizcə, izafi şərhə ehtiyac yoxdur. Həm də bu vaxta qədər qərbçilərin əsas lideri Boris Nemtsov idi. Demirik ki, digər fiqurlar zəifdir, çünki onların arasında hətta bir vaxt baş nazir olanlar da var. Amma Nemtsov xeyli seçilirdi...

“Təsadüf” onu apardı. Ona görə də qərbçilərin şansı indi təsadüflərdən asılıdır. Böyük ölkələrin siyasəti mürəkkəb olur- burada bülleteni aparıb boş qutuya atana qədər böyük proseslər baş verir...

Bəzən ölkənin seçimi də həmin böyük proseslərdən asılı olur. Seçicinin bir qayda olaraq “yaddaş”ı olmur. Seçkiyə qədər onu inandıra bilsən, gedib sənin adamlarına və yaxud da sənə səs verəcək...

Kiçik dövlətlər müəyyən mənada böyük dövlətlərdən asılı olduğu kimi, böyük dövlətlər də biri-birindən asılı olur... 

Heç kim bu dünyada əlahiddə deyil. Həm də böyük dövlətlərin böyük dərdləri də var- burada adamı seçəndə baxırlar ki, görək, dünyada ona münasibət necədir, bu adam bizi hara aparıb çıxaracaq?..

Bəli, 80-ci illərdə zərurət Rusiyanı Qərbi eşitməyə vadar etdi. İndi o vaxtlar deyil, o vaxtlar elə o vaxtlarda da qaldı... 

Amma Qərb yenə də nəsə edə bilər- bir daha deyirik ki, indi Rusiyanın iqtisadiyyatı planlı dövlət iqtisadiyyatı deyil, əvvəlki kimi silahlanma yarışı da yoxdur. Fəqət, Rusiyanın iqtisadiyyatı əvvəlki kimi elə xammaldan asılı iqtisadiyyatdır, o xammaldan ki, onun dünya bazarında qiyməti əhəmiyyətli dərəcədə Qərbin iradəsindən asılıdır...

Deməli, bilavasitə seçkilərə olmasa da, Qərb, hər halda, Rusiyanın siyasətinə təsir edə bilər. Maraqlı nüans var. Bəli, aprel aksiyası ərəfəsində bir məsələ də düşündürücüdür- müxalifət “Nemtsov siyahısı”nı hazırlayır... 

Bəli, bu siyahıya, necə deyərlər, özünü yaxşı aparmayan məmurlar düşəcək və bu məmurların Qərbdəki bank hesablarının dondurulması, onların yerdəyişmə imkanlarının məhdudlaşdırılması təklif ediləcək. Maraqlı ideyadır, deyilmi?..(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar