Çinin istehsal etdiyi iki peyvənd - poliomielitə qarşı ikivalentli peroral peyvənd və hepatit A-ya qarşı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin təsnifatından keçib
PİA.AZ Trend-ə istinadən bildirir ki, ÜST bu peyvəndlərin təhlükəsizliyini və səmərəliliyini tanıyıb və BMT-nin müxtəlif satınalma agentlikləri xəstəliklərin profilaktikası üçün bu peyvəndləri əldə edə bilər.
Qeyd edək ki, hazırda Çin ÜST-ün ilkin təsnifatından keçmiş dörd peyvəndə sahibdir.
pia.az