Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şəkildəki girov Həsən Həsənov deyil


İyulun 25-də axşam saatlarında Azərbaycanın bəzi elektron KİV-ləri erməni saytlarına istinadən Kəlbəcərdə girov götürülərək, qətlə yetirilən Cəbrayıl rayon sakini Həsən Həsənova məxsus olduğu iddia edilən bir fotoşəkil yayıblar


Azərbaycan KİV-lərinin şəkillə birgə yaydığı mətndə “Həsən Həsənovun öldürülən anda çəkilmiş şəklidir” deyə qeyd edilib.

Modern.az saytı məsələni araşdırarkən Azərbaycan mətbuatının ermənilərin növbəti fitvasına uyduğunu müəyyən edib. Təəssüf ki, bəzi KİV-lərimiz ermənilərin saxta informasiyasına aldanaraq, əminliklə həmin şəklin Həsən Həsənov oluduğu barədə təsdiqlənməmiş xəbəri tirajlayıblar.

Amma erməni mətbuatına istinad edib “Kəlbəcərdə itkin düşən Həsən Həsənovun şəklidi” deyə bizim medianın paylaşdığı foto saxtaymış. Şəklin saxta oludğunu Həsən Həsənovun qardaşı da bildirib.

Bundan başqa, Modern.az-a o da məlum olub ki, həmin saxta şəkli ermənilər hələ 2010-cu ildə paylaşıblarmış.

Məsələn, tesankyun.am adlı bu erməni saytının linkinə baxaq: http://tesankyun.am/2010/04/98-cu1bl1/ 

Bu saytdakı informasiya həmin şəkillə birlikdə 2010-cu il aprelin 15-i tarixində yayılıb.

Həmin şəkil daha bir neçə erməni saytında illər öncə dərc edilibmiş. Yəqin ki, ermənilər saxtakarlıqlarını bildiyimizi anladıqda dərhal bu informasiyani arxivdən silib atacaqlar. Ona görə də aşağıdakı şəkli çəkib yerləşdiririk ki, düşmən mediasının saxtakarlığı üçün sübut olsun. Qırmızı dairədəki tarixə diqqət edin:

arma_saxta


Belə görünür ki, Azərbaycana qarşı informasiya müharibəsi aparan ermənilər təəssüf ki, növbəti dəfə mətbuatımızı öz oyunlarına çəkə biliblər.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürüldüyü haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Hazırda girovluqda olan Ş.Quliyev və D.Əsgərova qarşı “DQR”də cinayət işi açılıb. Girov düşmüş 3-cü şəxsi – Həsən Həsənovu isə ermənilər öldürdüklərini deyirlər…


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar