Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu üçəmin üç böyük dərdi


Yaşamağa evləri yoxdur, normal qidalanmağa imkanları ...


Söhbət Qubada yaşayan Sultanovlar ailəsinin eyni anda dünyaya gəlmiş üç kiçik üzvündən gedir. 2010-cu ilin fevralında yarımçıq – 7 aylıq doğulmuş üçəmlər imkansızlıqdan doğum evini də yarımçıq tərketməli olublar. Ancaq deyəsən elə həyatları da yarımçıq gətirib. Yaşamağa yerləri, qidalanmağa azuqələri yetərli deyil.

4 yaşında olan Nuran, Turan və Ayan Qələdüz kəndində nənə evində darısqal bir otaqda yaşayırlar. Anaları Səfurə xanım deyir ki, hökumətin üçəmlərə verə biləcəyi yalnız 130 manat ünvanlı sosial yardımdır: "Hər uşağa 43 manat yardım düşür. Yəni bu uşaqlara bundan artıq heç bir köməklik mümkün deyil? İlham Əliyevə neçə dəfə müraciət etmişəm, nə torpaq vermirlər, nə ev... Yoldaşımın onurğasında xəstəlik var, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu hökumət bu üçəmlərə sahib çıxmasa, başqa ölkələrdən sığınacaq istəyəcəm".

Səfurə Sultanovanın qayınanası: "Evləri yoxdur. Gəlinim gedir atasının evində qalır. Dalaşırlar, yenə gətirib gəlirəm yanıma".

Ana davam edir: "Sosial yardım da az verirlər. 130 manat yardım alıram, nə ev, nə yer, nə torpaq - heç nə vermirlər. Özüm müəllimlə işləyirəm. İndi analıq məzuniyyətindəyəm. 43 manat uşağın heç aylıq pampersinin pulu deyil".

Qayınana: "Vallah, yazığım gəlir, gətirib gəlirəm yanıma, pensiyamla dolandırıram".

Səfurə Sultanovanın sözlərinə görə, üçəmlər aylarla meyvə, ət yemir. Deyir, inanmırlarsa, gəlib uşaqların qanlarını da yoxlaya bilərlər. Daim qan faizləri aşağı düşür, uşaqların halı üstündə olmur. Verilən ünvanlı sosial yardım elə həkim müayinələrinə və dərmana gedir: "Bax, bu uşağı aparmışam həkimə, 11 manat ayrı xərcləmişəm, 12 manat da ayrı. 43 manat pul verir bu uşağa. Mən o pulu uşağın sağlamlığına xərcləyim, yeməyinə, yoxsa geyiminə?"

Qubanın icra hakimiyyəti üçəmlərin mənzil məsələsini heç cür həll edə bilmir. Qurumdan bildirirlər ki, rayonda yalnız müharibə iştirakçıları və şəhid ailələri üçün ev tikilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, qanunda üçəm olan ailələrə hər hansı xüsusi imtiyaz nəzərdə tutulmayıb. Nazirliyin sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayev: "Belə ailələrə qanunda hər hansı xüsusi imtiyaz nəzərdə tutulmayıb. Xanımın qeyd etdiyi 43 manatlar isə ailəyə verilən ünvanlı sosial yardımdır. Yəni uşaqlar üçün yox, ailə üçün verilən yardım. Əgər uşaqlar 1 yaşına çatmasaydılar, onlara ünvanlı sosial yardımdan əlavə bu uşaqların hər birinə 45 manat da kəsilərdi və həmin yardımın üstünə əlavə olunardı. Ancaq deyirsiniz ki, uşaqların 4 yaşı var, bu o deməkdir ki, onlar bu 45 manatı artıq ala bilməzlər. Ünvanlı sosial yardım isə adam başına 100 manat gəlir meyarına uyğun təyin edilir. Demli, ailənin gəlirləri hesablanıb və bu ailənin ünvanlı sosial yardımı 130 manat təşkil edib".

Sektor müdiri bildirib ki, əgər ailə başçısı səhhətinə görə əmək fəaliyyəti ilə məşğul ola bilmirsə, bunun üçün müvafiq komissiyadan keçə bilər: "Əgər iş stajı varsa ona pensiya, yoxdursa, əlilliyinə görə müavinət ala bilər".

Üçəmlərin anası isə hər dəfə məmur qapılarını döyəndə eyni sözləri eşitməkdən qulaqlarının yorulduğunu deyir: "Vaxt gələcək, hökumət məndən əsgər aparmaq üçün iki oğul istəyəcək. Onda mən də 43 manatla böyütdüyüm övladlarımı hökumətə verməyəcəm".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar