Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Büdcənin gəlir və xərcləri artırılır


Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi və digər zəruri dövlət vəzifələrinin icrası ilə əlaqədar olaraq, 2017-ci il dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılması zərurəti yaranıb


Maliyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, dəyişiklik nəticəsində dövlət büdcəsinin gəlirləri 511,0 milyon manat artırılaraq 16 766,0 milyon manata, xərclər isə 1041,0 milyon manat artırılaraq 17 941,0 milyon manata çatdırılacaq.

Dəyişiklikdən sonra 2017-ci il icmal büdcənin gəlirləri 22 840,9 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2820,2 milyon manat və ya 14,1 faiz çoxdur.

İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəriciyə nisbətən 3,7 faiz və ya 1051,0 milyon manat artırılaraq 29 818,2 milyon manata çatdırılması nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bəyənilən qanun layihəsinin Milli Məclisin iyunun 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar