Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Büdcənin icrası təsdiqləndi


Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında ötən ilin dövlət büdcəsinin icrası müzakirə olunuraq təsdiq olunub


2014-cü ilin dövlət büdcəsi 308,4 mln. manat kəsirlə icra olunub, 2015-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1,7 mlrd. manat təşkil edib.

Layihədə qeyd edilib ki, 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan bu qalıq 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 100,1% və ya 18 400 565,2 min manat, xərcləri 93,3% və ya 18 709 000,0 min manat səviyyəsində icra olunub. Ötən il müdafiə xərcləri 1,5 mlrd. manat, təhsil xərcləri 1,554 mlrd. manat təşkil edib.

Maliyyə naziri Samir Şərifov bildirib ki, icmal büdcənin gəlirləri 105% , xərcləri isə 86,7% icra olunub. Beləliklə də icmal büdcənin gəlirləri 23,1 mlrd. manat, xərcləri isə 21,4 manat təşkil edib. Onun sözlərinə görə, icmal büdcəsində 2,5 mlrd. manat kəsir proqnozlaşdırılsa da, bunun əksinə olaraq 1,7 mlrd. manat büdcə artıqlığı əldə edilib.

Nazir həmçinin Dövlət Neft fondundan proqnozlaşdırılan həcmdə yəni 9 mlrd. 337 mln. manat transfert həyata keçririldiyini bildirib. Onun sözlərinə görə, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi tədricən azaldılır ki, bu da həyata keçirilən iqtisadi siyasətlə bağlıdır.Bunun 2015 və daha sonrakı illərdə də davam edəcəyi proqnozlaşdılır.

S. Şərifov 2014-cü ildə sosial iqtisadi inkişafa nail olunduğunu, ölkənin əsas ixrac məhsulllarının qiymətinin kəskin azalmasına baxmayaraq ölkənin makroiqtisadi dayanaıqlığının qorunub saxlanıldığını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar