Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Burax hər şeyi...



Və susmaq bir o qədər də səni anlayan insanların sayını görmək üçün əlverişlidir...


"Susmaq ən böyük qışqırıqdır" deyirlər. Susmaq içində qopan fırtınalara baxmayaraq səssiz və sakit bir liman kimi görünməkdir.

Susmaq məcburiyyətindəsən; çünki sənə yaraşan budur...

Susmaq məcburiyyətindəsən; çünki ən gözəl cavabın budur...

Susmaq məcburiyyətindəsən; çünki susqunluğun ən gözəl diləklərini gizləyər içində..

Sən susarsan amma gözlərin izah edər hər şeyi. Sən susanda gözlərin qışqırar səssiz qışqırığının sahibinə... Və bilirsənki, sənin qışqırığın Onun ürəyinin bir yerlərində əks-səda salmaqdadır…

KƏDƏRLƏNMƏ!!!

Burax hesab soruşmağı, burax səni anlasın, burax hər şeyi...

Susmaq - çox vaxt susuruq... Hətta lazım olan yerdə də susuruq, bizə yaxın olan insanların xətrinə dəyməmək üçün, kimisə incitməmək üçün...

Susmaq - bəzən sabaha məktubla göndərilmiş ümid məktubu olur. Bəzən ürəkdən danışarkən belə susur insan. Bütün sözlər, hərflər, danışıqlar otaqdakı boşluğu doldurmaq üçündür. Susmaq danışmaqdan daha çətindir əslində.

Danışarkən istədiyin cümləni qurub istədiyin yerdə dayanıb nəfəslənirsən, istədiyində qışqırır, istədiyində hirslənir, istədiyində gülürsən, amma susarkən...Susarkən bütün qışqırıqların, hıçqırıqların, üsyanların düyünlənib qalır bir yerdə...

Susmaq danışmaqdan daha çətindir...Və susmaq bir o qədər də Səni anlayan insanların sayını görmək üçün əlverişlidir...
Bəzən, susmaq məna əskikliyindən deyil, mənanın dərinliyindəndir...

Gülşən ŞƏRİF


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar