Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün ömrüm boyu ən çox məni düşündürən məsələ ölüm olub



Ölüm bir gün də tək qoymur məni


Azərbaycan ədəbiyyatının ağır itkisi Vaqif Səmədoğlunun vəfatı oldu. Ağır xəstəlik, onu ömrünün 75 yaşı keçməsinə imkan vermədi. Böyük şair Səməd Vurğunun oğlu olan Vaqif Səmədoğlu özü də Azərbaycan ədəbiyyatında dərin iz qoyan yazıçılardan olub. Son illər ağciyər xərçəngindən əziyyət çəkən şair bir neçə dəfə İsraildə müalicə kursu keçmişdi. Xalq onunla sabah Akademik Milli Dram Teatrında vidalaşacaq. Xalqın şairi sabah Fəxri xiyabanda dəfn ediləcək.

Salam, ata, salam.
Bilirəm, arxamdasan.
Məzarından cəmi əlli-altmış
addım bu yanda dayanıb
trolleybus gözləyirəm.
Trolleybusa minib,
sənin yanına
gələnə qədər
yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi...
Salam trolleybus,
əlvida ata...

1982-ci ildə yazmışdı bu şeri Vaqif Səmədoğlu. Yaxşı bilirdi ki, ömür deyilən şey elə bir trolleybus dayanacağı qədər qısadır. O, bu gün illər qabaq əlvida dediyi atası ilə salamlaşdı, bizə əlvida dedi.

İndi atasından cəmi əlli-altmış addım o yanda məzarı qazılır Vaqif Səmədoğlunun. Ölüm adlı gerçəyi bir saniyə də yaddan çıxartmayan şairin. Çoxları onu pessimist adlandırırdı. O, isə əlbəttə ürəyi deyəni dilə gətirirdi. Ölüm bir gün də tək qoymur məni, qoymur onsuz sevib-sevilməyə, xəyallarda özümü-özümə basdırır. Hələ 43 yaşında o, ölümün bir addımlığındaydı. 20 il sonra da yenə ölümdən yazırdı. Məzarıma nə başdaşı qoyun, nə heykəl, bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin.

“Nə varım var, nə barxanam. Ömür yükü bağlamağa. Allah, məni yarı öldür, Yarı saxla ağlamağa... Bütün həyatım və ömrüm boyu ən çox məni düşündürən məsələ ölüm olub. Onun üçün anam mənim adımı “ölüm şairi” qoyub. Məndən çox ölümdən yazan olmayıb Azərbaycan poyezyasında. Xərçəng xəstəsi nə haqda fikirləşər”.

Bu müsahibəni Mirşahinə 75 yaşının ərəfəsində vermişdi. Onda bu geyim-geçimi ilə o mənə tərki-dünya olan Nəsimini xatırlatmışdı. Nəsimi də bu yorğun vücud ilə ölümünə doğru gedirdi. Vaqif Səmədoğlu da.... İsrailə, müailcəyə getsə də, sağalacağına inanmırdı, amma o biri dünyaya tələsdiyini də zənn etmirəm. Hər kəs kimi həyatdan ikiəlli yapışmışdı. Azdramada, yubiley gecəsindəki çıxışı da bunun sübutuydu.

Özünün aforizm qədər dəyərli bir sözün vardı. Deyirdin ki, Qələm yola düşəndə dalınca ya Allah su atar, ya da şeytan. Bu gün sən özün yola çıxdın şair. Və əminəm ki, dalınca Allah su atacaq. Çünki, şairlərin məhz cənnətdə ağaclardan asıldıqlarına hamıdan çox Sən özün inanırdın.(ans press)

Allah rəhmət eləsin!

<iframe width="640" height="405" src="https://www.youtube.com/embed/DbLn_0SsMKI" frameborder="0" allowfullscreen></iframe>








pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar