Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

CAR-da Xocalı və 31 mart soyqırımlarına həsr edilmiş sərgi - Fotolar



Azərbaycanın Cənubi Afrika Respublikasındakı(CAR) səfirliyi Xocalı soyqırımı və 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirliyin binasında Heydər Əliyev Fondunun təqdim etdiyi fotoşəkillər və kitablardan ibarət sərgi təşkil edib


Sərgidə 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü və Xocalı faciəsinin tarixi, ağır nəticələri haqda geniş məlumat verilib. 

Xocalıda Azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi vurğulanıb. Sərgi zamanı qonaqlara həmçinin Xocalı soyqırımının iyirmi üçüncü ildönümü və 31 mart soyqırımı haqda məlumatlar əks edilmiş broşurlar paylanıb, Azərbaycanın Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı ədalətli mövqeyi diqqətə çatdırılıb.

Səfir Elxan Poluxov hər iki soyqırım barəsində qonaqlara geniş məlumat verərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu günə kimi öz həllini tapmadığı bildirib, Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini vurğulayıb.

Çıxışda Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə apardığı geniş iş və onun əhəmiyyəti barədə söz açılıb, göstərilən səylər nəticəsində Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığı bildirilib.

Çıxışın sonunda E.Poluxov münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyəti və qonaqları Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa və Xocalı soyqırımını tanımağa çağırıb.

Tədbirdə dövlət nümayəndələri, CAR-lı iş adamları, diplomatik korpus təmsilçiləri, ordakı azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər. (gun.az)

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar