Atatürk Hava Limanında baş verən terror aktı İŞİD-in qəddar izlərini özündə daşıyır
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Brennan deyib.
O bildirib ki, Suriya sərhədi boyu təxribatlar həyata keçirən İŞİD-çilər Türkiyədə də terroru yaymaq istəyirlər:
“Terrorçular İraq və Suriya xaricində partlayışlar həyata keçirmək istəyirlər. Bənzər hücumları ABŞ-da da planlaşdırırlar. İŞİD-çilərin məqsədi bacardıqda daha çox adam öldürmək və qorxu yaratmaqdır”.
pia.az