Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cahangir Hacıyev baş bankir postuna qanqsterin ifadəsi üzərindən gətiriləcəkmiş


Cahangir Hacıyev baş bankir postuna məşhur qanqsterin ifadəsi üzərindən gətiriləcəkmiş - təfsilat


Hacı Məmmədovun məhkəməsində Elman Rüstəmovun adının hallanmasının əsl səbəbləri üzə çıxır .

Eldar Mahmudov 2004-cü il iyulun 23-də milli təhlükəsizlik naziri postuna təyinat alandan bir neçə ay sonra,  2005-ci il martın 10-da “Qara kəmər” əməliyyatı baş tutdu. 10 il ərzində sifarişli qətllər və adam oğurluqlarını həyata keçirmiş Hacı Məmmədovun bandası ifşa olundu. Çox təəssüf ki, uğurlu bir əməliyyat şəxsi maraqlardan irəli gələn oyunların kölgəsində görünməz oldu. 

İlkin olaraq Hacı Məmmədov birbaşa rəhbəri olmuş general Zakir Nəsirovun üzünə dayandı. Z.Nəsirovu 2 dəfə MTN-ə çağırıb onun özündən birbaşa rəhbərinə qarşı ifadə tələb etdilər. General qarşısına qoyulmuş “ifadə və ya ömürlük həbs” şərtinin sonuncu bəndini qəbul etdi. Generala vəd olunan ömürlük həbs məhkəmə hökmündə öz əksini tapana qədər Hacı Məmmədov Fərhad Əliyevin üzünə dayanmağa da məcbur edildi. Məhkəməsində durub dedi ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini ona sifariş verən eks nazir Fərhad Əliyev olub. Amma bu, ifadə verilən andan saxta olduğu hər kəsə bəlli idi və sonradan Hacı Məmmədovun bu şərləməsini araşdırmaq kimsənin yadına da düşmədi. Məhkəmə zamanı istintaqın bəzi qətl və adam oğurluqları işləri üzrə alayarımçıq araşdırma apardığı da məlum oldu. Hakimlər “biz ittiham aktından kənara çıxa bilmərik” deyib digər cinayətlərin açılmasına səbəb ola biləcək məlumatların araşdırılmasını önlədilər. Beləcə alayarımçıq istintaq işi natamam məhkəmə prosesində hökm şəklini aldı.    




Hacı Məmmədov gəldiyi yerə - MTN-ə qaytarıldı, digəriləri isə Bakının dörd bir tərəfindən olan cəza evlərinə köçürüldülər. Hacı Məmmədov bu gün də öz istəyi ilə MTN-də saxlanılır...
 
Hacı Məmmədovun məhkəməsində araşdırılmayan, diqqət çəkən məqamlar yetərincə idi. Maraqlı olan detallardan biri də məhkəmənin 16 oktyabr 2006-cı il tarixli iclasında Zakir Nəsirov tərəfindən səsləndirilmişdi.  Z.Nəsirov həmin iclasda  demişdi ki, MTN-də istintaqın gedişi zamanı ona təklif ediblər ki, Milli Bankın sədri Elman Rüstəmovun əleyhinə ifadə versin. Desin ki, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin xanımının oğurlanmasını Elman Rüstəmov sifariş edib.

Bu yerdə haşiyəyə çıxaq və qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Cahangir Hacıyevin MTN-in İstintaq Təcridxanasında Hacı Məmmədovla görüşdüyü haqda məlumat yayılıb. Həmin məlumatda bildirilirdi ki, C.Hacıyev H.Məmmədovdan həyat yoldaşının oğurlanmasının təfərrüatlarını soruşub. 




Redaksiyamıza daxil olan son məlumatlara görə, Cahangir Hacıyev Hacı Məmmədovla görüşü zamanı aralarında sifarişçinin kimliyi ilə bağlı söhbət olub. Söhbət əsnasında yenidən Elman Rüstəmovun adı hallandırılıb. Lakin bu görüş sonrası H.Məmmədovun baş bankirin Zamirə Hacıyevanın oğurlanmasına bağlılığı haqda hər hansı bir ifadəsi ortaya çıxmadı. Deməli, H.Məmmədovdan belə bir ifadə almaq mümkün olmayıb. 

Digər bir maraqlı məqam isə 2013-cü ilin həmin günlərində Hacı Məmmədovun bacısına məxsus əmlakların özgəninkiləşdirilməsi idi. Eldar Mahmudov və sonradan qudası Cahangir Hacıyevin israrla Hacı Məmmədovdan baş bankirin əleyhinə ifadə istəmələrinin arxasında hansı mətləblər dayanır? 

Niyə məhz oğurluğu Elman Rüstəmovun təşkil etməsində israr olunur? 




Belə məlumatlar var ki, H.Məmmədovdan baş bankirin əleyhinə ifadə istənilməsinin arxasında böyük bir plan olub. Əgər Hacı Məmmədov ondan tələb edilən ifadəni versəydi, yəqin ki, bu gün baş bankir postunda bir başqa şəxs olacaqdı. Bu məlumatları bir qədər də maraqlı edən Cahangir Hacıyevin baş bankir postuna iddialı olmasıdır. Mətbuatdan da bəllidir ki, C.Hacıyev illərlə bu iddia ilə yaşayıb. 

Gələn məlumatlar onu deməyə əsas verir ki, Elman Rüstəmovun taleyi H.Məmmədovdan asılı olub. H.Məmmədov isə nədənsə baş bankirin əleyhinə ifadə verməkdən yayınıb. 

Yada salaq ki, yazının girişində qeyd etdiyimiz məhkəmə prosesində Z.Nəsirov H.Məmmədovun dəstəsindən pul almasına dair bütün ittihamları rədd etmişdi. General demişdi ki, bir çox adam oğurluqlarının sifarişçisi və yönləndiricisi o dövrdə “Kapital Bank”ın sədr müavini, H.Məmmədovun bacısı oğlu Elçin Quliyev olub.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar