Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cahangir Hacıyevin müəmmalı istefası...


Azərbaycan Beynəlxalq Bankının (ABB ) İdarə Heyətinin sədri Cahangir Hacıyevin gözlənilməz istefası ciddi rezonans doğurub


Belə ki, ABB-nin ötən gün yaydığı açıqlamada qeyd olunub ki, C. Hacıyev səhhətində problem olduğunu əsas gətirərək vəzifəsindən azad olunması üçün müraciət edib.

Müraciətə baxılaraq C.Hacıyevin istefa ərizəsi qəbul edilib, o tutduğu vəzifədən kənarlaşdırılıb. İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

C.Hacıyevin istefası bir sıra suallar yaradıb. Doğurdanmı, onun səhhətində problem var? 

Azvision.az bu suala aydınlıq gətirmək üçün Azərbaycan Beynəlxalq Bankı ilə əlaqə saxlayıb.

Bankın mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, C. Hacıyev öz istəyi ilə işdən çıxıb: 

“O, istefa ərizəsi yazmışdı. Ərizə də Bankın Müşahidə Şurası tərəfindən qəbul edildi. Nəticədə o bankda tutduğu vəzifədən azad olundu. Onun yerinə İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayev təyin olunub. Cahangir Hacıyevin hansı xəstəliyinin olması ilə bağlı bizdə heç bir məlumat yoxdur. 

Bankdan həmçinin bildirilib ki, C. Hacıyevin səhhəti ilə bağlı narahat olmağa elə də böyük əsas yoxdur: “O xəstəxanada deyil”. 

Qeyd edək ki, C.Hacıyev Azərbaycan Dövlət Universitetində təsil alıb və təhsilini 1986-cı ildə başa vurub. O, 1993-cü ildə Austində Texas Universitetində MBA dərəcəsində və Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda Beynəlxalq İqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnib.

C.Hacıyev 1993-1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1995-ci ildə o, Azərbaycan Beynəlxalq Bankında işə başlayıb.

O, 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin Sədri vəzifəsində çalışıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar