Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Canavar hücumuna məruz qalan gənc öldü



Mal-qara otararkən canavar hücumuna məruz qalan 22 yaşlı Salyan sakini dünyasını dəyişib


Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, Salyan rayonunun Qırxçıraq massivində yaşayan 22 yaşlı Mirzəyev Raqif Rafiq oğlu bir neçə gün öncə vəfat edib.

Ailəsi heyvandarlıqla məşğul olan Raqif Mirzəyev çöldə mal-qara otararkən canavar hücumuna məruz qalıb. Bir müddət buna ciddi yanaşmayan Raqifin səhhətində sonradan problemlər yaranıb. Buna görə də valideynləri həkimə müraciət edib. Salyan Rayon Mərkəzi Xəstəxanasında ona quduzluq xəstəliyi diaqnozu qoyulub, müvafiq müalicə təyin edilib.

R.Mirzəyevin müalicəsi davam etdirilsə də 20 gün ərzində səhhəti gündən-günə pisləşib. Bu səbəbdən də ağır vəziyyətdə Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə gətirilən Raqif Mirzəyev elə həmin gün də dünyasını dəyişib.

Qeyd edək ki, bu məsələ Səhiyyə Nazirliyinin də diqqət mərkəzində olub. Nazirliyin səlahiyyətli şəxsləri rayona ezam olunub. Müvafiq araşdırmalar başlayıb. Araşdırmalar zamanı isə yeni təfərrüatlar üzə çıxıb.

Müalicə həkimlərinin sözlərinə görə, Raqifin valideynləri onlara əvvəlcə belə deyibmişlər ki, onu həyətlərindəki it dişləyib. Ona görə də Salyanda Raqif Mirzəyevə quduzluq əleyhinə vaksin vurulub, həyətlərindəki it isə baytar nəzarətinə götürülüb. Belə hallarda quduzluğa tutulmuş it 10 gün ərzində mütləq ölməlidir. Amma 10 gün keçsə də it ölməyib. Bu da həkimləri arxayınlaşdırıb ki, səbəb yəqin quduzluq deyil. Lakin sonradan R.Mirzəyevin səhhəti daha da ağırlaşanda ailəsi həqiqəti açıb deyib. Onda da gec olub...

Sonda onu da deyək ki, baş vermiş hadisəyə görə Salyan Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinin rəhbərliyinə nazirlik tərəfindən töhmət verilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar