Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov camaatı evindən çıxarır


“Azəryolservis” ASC-nin prezidenti, deputat Cavid Qurbanov Miraslan Seyidov adlı Bakı sakininin ailəsini yaşadığı evdən zorla çıxarmağa çalışır


Bu məlumatı virtualaz.org saytına tanınmış hüquqşünas, Seyidovlar ailəsinin hüquqi nümayəndəsi Aslan İsmayılov verib.

A.İsmayılovun sözlərinə görə, Seyidovlar C.Qurbanovun təzyiqləri qarşısında qalan, lakin öz evini tərk etmək istəməyən sonuncu ailədir. Onların evi Azərbaycan Voleybol Federasiyasının binasının arxasında yerləşir.

Hüquqşünas bildirib ki, ailənin başçısı Miraslan Seyidov çörəkpulu qazanmaq üçün Rusiyaya gedib və hazırda Moskvadadır. Evdə onun yalnız həyat yoldaşı və üç azyaşlı övladı qalıb: “Seyidovlar ailəsinin problemləri deputat Cavid Qurbanovun həmin ərazidə otel tikdirmək istəməsindən sonra başlayıb. Deputat burada yaşayan ailələri evlərindən köçürdü. Hamı köçdü, təkcə Seyidovlar öz evindən çıxmaq istəmədi. Bu gün səhər isə polislər Seyidovların evinə gələrək ailə üzvlərini öz evlərindən zorla köçürməyə cəhd edib. Amma ailə üzvləri öz evlərini tərk etmək istəmir”.

A.İsmayılov və virtualaz.org saytının müxbiri hazırda hadisə yerindədirlər. Müxbirimiz bildirir ki, polislər Aslan İsmayılova qarşı zorakılıq ediblər. Evin 40-dək polis əməkdaşı tərəfindən əhatəyə alındığını deyən müxbirimiz onu da bildirir ki, polis əməkdaşları çəkiliş aparan jurnalistlərə qarşı da kobudluq ediblər, onların fotoaparatlarını və videkameralarını zorla alaraq bütün çəkilişləri siliblər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar