Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov federasiyada dəyişiklik etdi – Təyinatlar


Azərbaycan voleybolunda ciddi islahatlara start verilib


"Dövlət Dəmir Yolu" QSC-nin sədri, deputat Cavid Qurbanovun federasiya prezidenti seçilməsindən az sonra qurum rəhbərliyində də böyük dəyişikliklər gerçəkləşib.

Belə ki, federasiyanın I vitse-prezidenti Faiq Qarayev, həmçinin digər vitse-prezidentlər Vəsilə Abulova və Vaqif Əliyev postunda qalsalar da, digər rəhbər postlara yeni adlar gətirilib.

İndiyədək 3 vitse-prezidenti olan qurumda artıq bu vəzifəni 5 nəfər icra edəcək. Yeni vitse-prezidentlər isə həm də “Azərreyl” və “Lokomotiv”ə rəhbərlik edəcək.

“Azərreyl”in yeni prezidenti təyin olunan Elşən Əfəndiyev və “Lokomotiv”də eyni vəzifəyə sahib olan Rəşad Abbasov federasiyada da məsuliyyət daşıyacaq.

Federasiyanın baş katibi Elşən İsmayılov isə işinə davam edəcək. Bununla yanaşı, qurumda yeni idman şöbəsi yaradılıb. Buraya AFFA və “Neftçi” futbol klubunda çalışmış Elnur Məmmədov rəhbər təyin edilib.

Qeyd edək ki, Əfəndiyev “Azərreyl”də Hicran Vahabovu əvəzləyib. “Lokomotiv” isə ötən ilki “Gənclik”di ki, bu dəfə komanda həm kişi, həm də qadınların yarışında mübarizə aparacaq. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar