Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov ixtisarlara başladı - Əmr


İxtisar olunan şəxslərə 2 aylıq müavinət veriləcək, işdə qalanlar isə özləri işləyib pul qazanmalı olacaqlar


Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə və onun tabeliyində olan tibb müəssisələrinə 2017-ci ilin dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə yardımının dayandırılması ilə əlaqədar həmin xidmət və onun tabeliyində olan tibb müəssisələri yanvarın 1-dən təsərrüfat hesablı idarəetməyə keçiblər.

PİA.AZ-ın bizimyol.info-ya istinadən xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov orada çalışan böyük sayda işçi heyətinin maliyyələşdirilməsində çətinliklərin yarandığını bildirərək kadr potensialının optimallaşdırılması ilə bağlı əmr imzalayıb. Başqa sözlə, işçilərin ixtisar olunmasına qərar verib.
 
Əmək haqlarının büdcədən ayrılmaması və ixtisarların aparılması Nəsimi rayonunun Puşkin küçəsi 36 ünvanında yerləşən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Dövlət Dəmir Yolu Xəstəxanası işçilərinin narazılığına səbəb olub.
 
İxtisar olunan şəxslərə 2 aylıq müavinət veriləcək, işdə qalanlar isə özləri işləyib pul qazanmalı olacaqlar.
 
Rəhbərlik tərəfindən o da bildirilib ki, “Azərbaycan Dəmir Yolları”na tibb işçiləri vacib deyil. Qalan işçilər öz hesabına işləyir və işlədiyi idarənin icarə haqqını verməlidirlər. 
 
Dövlət Dəmir Yolu Xəstəxanasının işçiləri aşağı məbləğdə əmək haqqı aldıqlarını bildirirlər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar