Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov prezidentin tapşırığını niyə sabotaj edir?


Binəqədi rayonu, Yusifzadə küçəsi, 46 ünvanında, “Çermet” adlanan ərazidə yaşayan ailələr evlərinin sökülməsi müqabilində verilən kompensasiyanın azlığından və mənzillərinin xəbərdarlıq edilmədən başlarına uçurulmasından narazıdırlar


Bununla bağlı, redaksiyamıza müraciət edən sökülən mülklərdən birinin sahibi Miraslan Əkbərov deyir ki, avqustun 21-də Binəqədi Rayonu Polis Şöbəsinin, Binəqədi Rayonu İcra Hakimiyyətinin və “Azəryolservis” ASC-nin əməkdaşları onların evinin bir tərəfini və 3,5 metr hündürlükdə olan hasarını xəbərdarlıqsız və heç bir qanuni əsas göstərmədən söküblər. 

Şikayətçinin sözlərinə görə, o, həmin vaxt Rusiyada olub və bu barədə xəbəri eşitdikdən sonra Bakıya gəlib.
 
Miraslan Əkbərov qeyd etdi ki, ev sökülən zaman ailəyə ciddi maddi ziyan dəyib, onlara evdən əşyaların çıxarılması üçün vaxt verilməyib, əksər ev əşyaları yararsız hala düşüb. Ev hazırda qəzalı vəziyyətdədir. 

Şikayətçi deyir ki, onun bu prosesə müdaxilə etməsi ilə söküntü dayandırılıb, ancaq evlərə verilən su, qaz, elektrik xətti kəsilib. Miraslan Əkbərovun Azərbaycan Voleybol Federasiyasında xadimə işləyən bacısı və qardaşının həyat yoldaşı işdən qovulub.
 
O, bildirib ki, həmin evdə hazırda 3 ailə yaşayır: “Mənim ailəmlə yanaşı bacımın və rəhmətə getmiş qardaşımın ailəsi də bizim mənzildə yaşayır, 11 nəfər bir mənzildə qalırıq”. 

Şikayətçi deyir ki, baş verənlərlə bağlı prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova teleqram göndərib və onlardan cavab gözləyir. 

Həmçinin redaksiyamıza gəlməzdən az öncə Binəqədi rayon Prokurorluğunda olan Miraslan Əkbərov prokuror Nazim İmanovla da görüşdüyünü bildirdi: “Nazim İmanov məni dinlədikdən sonra tapşırıq verdi ki, məsələ araşdırılsın, ilk olaraq mənim ifadəm alındı. Yəqin ki, iş araşdırılacaq.”

Şikayətçi deyir ki, bir ildən artıqdır, bu məsələ üstündə “Azəryolservis” ASC-nin əməkdaşları ilə mübahisə davam edir: “2013-cü ilin mart ayında bizim evin yaxınlığında yerləşən və Cavid Qurbanovun rəhbəri olduğu Voleybol Federasiyasının nümayəndələri mənim mülkümün dövlət ehtiyacları üçün satın alınması ilə bağlı mənə müraciət etdilər və əvvəlcə 300, daha sonra 350 min manat təklif etdilər. Mən bu təkliflərlə razı olmadım. Onların hesablamalarına görə, 150 kvadratmetr mənzil sahəsi və 7 sot həyətyanı sahənin qiyməti bu idi. 

Daha sonra bu ilin iyul ayında mən, vəkilim Aslan İsmayılov, Cavid Qurbanov, onun vəkili İlqar Abbasov, nümayəndəsi Faiq Məmmədovla bir yerdə görüşdük. Razılaşdıq ki, evin hər kvadrat metri 1500 manata, həyətyanı sahə isə bazar qiyməti ilə dəyərləndirilsin. Burada isə torpağın 1 sotunun qiyməti 50-70 min manat arasında dəyişir. Ancaq bu sözə əməl olunmadı.
 
Daha əvvəl də, bu ilin yanvar ayında  bizə xəbərdarlıq bildirişi göndərilmişdi ki, sizin mənziliniz Ziya Bünyadov prospektinin genişləndirilməsi səbəbində sökülməyə düşür və Kapital Bankın Nərimanov rayon filialında sizin hesabınıza 147 min manat pul köçürüləcək. Ancaq bu prospektin yenidənqurma işləri artıq yekunlaşıb və prospekt bizim evlərə tərəfə genişləndirilmədi. Bizim evlə həmin prospekt arasında 80 metr məsafə var. Bu, o deməkdir ki, mənim evim heç yolun mühafizə zolağına belə düşmür”. 

Qeyd edək ki, sakinlərin iddialarına görə həmin evlər heç də dövlət ehtiyaclarına görə deyil, deputat Cavid Qurbanovun şəxsi biznes məqsədləri üçün sökülür. Gəzən söz-söhbətə görə, orada otellər tikiləcək. 

Sakinlər deyir ki, həm ölkə başçısının, həm də baş nazirin müavini Abid Şərifovun çıxışlarında da qeyd olunub ki, Bakının mərkəzində sökülən evlərin hər kvadratmetri 1500 manat qiymətində dəyərləndirilsin. Ancaq deputat Cavid Qurbanovun nümayəndələri sakinləri evlərinin hər kvadratmetrinə görə, 900 manata razılaşmağa məcbur edirlər. 

Sakinlər deyir ki, C.Qurbanovun nümayəndələri onlara mənzillərin hər kvadratmetrinin 1500 manata dəyərləndirilməsinə dair yazılı qərar və sərəncamın verilmədiyini və şifahi deyilən sözlərin hüquqi qüvvəsi olmadığını deyiblər. 

Söylənən fikirlərə aydınlıq gətirmək üçün “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevlə əlaqə saxlamağa çalışdıq. O, ötən  gün vaxtının olmadığını və bu məsələyə aydınlıq gətirmək üçün əlaqə saxlayacağını desə də, bu gün zənglərimizə cavab vermədi. 

Bu şikayətlərlə bağlı “Azəryolservis” ASC-nin mövqeyini öyrənməyə çalışırıq. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar