Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanovun qəbuluna əli çantalı gedən məmur kim olub?

DMHİRK sədri Fəzail Bağrov idarə rəisi ilə anlaşama bilmədiyindən Səttar Mehbalıyevə minnətçi düşüb


Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində daha bir kadr dəyişikliyi gözlənilir. Buna səbəb idarənin yeni rəisi Cavid Qurbanovun artıq yeni komanda ilə işləmək niyyətində olmasıdır. 

Jam.az-a verilən məlumata görə, işdən çıxarılacaq kadrlardan biri də Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DMHİRK) sədri Fəzail Bağırovdur. 

Məlumatda deyilir ki, keçmiş rəis Arif Əsgərovla çox yaxşı münasibətdə olan Bağırov, onun sayəsində bir sıra iri işlər görərək, ciddi məbləğlərdə qazanclar əldə edib. Mənbə bildirir ki, təkcə «Lokomotiv» İstirahət Mərkəzinin sayəsində əldə olunan gəlirlər Bağırova iki villa qazandırıb. Bu məsələ ayrı araşdırma mövzusu olduğundan onunla bağlı yazını növbəti günlərdə oxuculara təqdim edəcəyik. 

Qayıdaq mətləbə. Mənbə vurğulayıb ki, Arif Əsgərovdan sonra Cavid Qurbanovla da eyni prinsiplərlə işləmək arzusunda olan DMHİRK rəisi indiyə qədər niyyətinə çata bilməyib. O, ehtiyat edir ki, Cavid Qurbanov təkcə işdən çıxarılmaqla kifayətlənməz, həmçinin onun işlərini yoxlatdırmağa da qərar verər. Belə olarsa, proses Bağırov üçün işdən çıxarılma ilə yekunlaşmaya da bilər. 

Mənbə vurğulayır ki, Fəzail Bağırov işini bəribaşdan ehtiyatlı tutmaq üçün qısa müddətdə Cavid Qurbanovun qəbəluna gedib. Özü də əlində çantayla. Verilən məlumata görə, əl çantasıyla idarə rəisinin qapısında bir xeyli gözləsə də, onu qəbul edən olmayıb. 

Qeyd edilir ki, durumu belə görən DMHİRK sədri təcili olaraq Həmkarlar İttifaqları Konfederasiyasının sədri,millət vəkili Səttar Mehbalıyevə minnətçi düşüb. Bu minnətçilik Bağırovun bir müddət vəzifə başında qalmasına yardımçı olsa da, bunun üzün sürə biləcəyi ehtimal edilmir. Güman olunur ki, Cavid Qurbanovun başı parlament seçkilərinə qarışdığından DMHİRK sədri ilə bağlı məsələni arxa plana keçirib. Seçkilər artıq başa çatıb, dünən isə Milli Məclisin yeni tərkibi açıqlanıb. Və Cavid Qurbanovun bundan sonra yalnız işləriylə məşğul olacağı gözlənilir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar