Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavidin qəhvəsi


Bizə həmişə böyük sevgiləri böyük və təntənəli sözlərlə anladıblar


Bir yazıçı haqda danışanda “böyük”, “ölməz”, “möhtəşəm”, “klassik” sözlərini işlədiblər.
 
Lakin şeytan təfərrüatda gizlənir.
Bəzən xırda bir detal belə insan haqda o gərəksiz epitetlərin arxasında gizlənmiş həqiqətləri aça bilər.

Hüseyn Cavid haqda bir əhvalat yazacağam.
Cavid  iri bir stəkanda qəhvə içib sonra yazmağa başlayarmış.
Həmişə maxorka çəksə də (kağıza bükülüb çəkilən tütün) yazı prosesi zamanı diqqəti dağılmasın deyə hazır siqaret çəkirmiş.
İndi o gecəyə gedək.
3 iyun, 1937.
Mişkinaz xanımdan dinləyək:
 
Cavid işləyirdi, uşaqlar yatmışdılar. Mən həmişəkindən tez - saat 11-də keçdim yataq otağına. Bir qədər sonra Cavid qapını açıb dedi: “Yatmısan?”
- Yox, nə lazımdı?
- Heç elə bildim yatağına girməmisən. Qəhvə istəyirdim.
Mən qalxdım ki, geyinim. Qoymadı:
- Özüm bişirərəm. Sən yat.
Çox vaxt qəhvə qabını qoyardım bufetin üstünə, gecələr işləyəndə özü bişirərdi.
 
Bu gecə adi gecələrdən deyildi. Bir azdan qapı döyüləcəkdi. Və faciələr başlayacaqdı.
 
Cavid qapını açıb ömrümdə eşitmədiyim narahat bir səslə: “Qalx geyin”, -  dedi. Qapının arasından baxıb tanımadığım adamlar gördüm. Aman Allah, bunlar kimdi?
 
Qapını açıb bu biri otağa keçəndə birinci bufetin üstünə baxdım ki, görüm qəhvə qabı ordadırmı, Cavid qəhvə bişiribmi? Qəhvə qabı orda yox idi. Bu da mənə bir nisgil oldu. Niyə özüm durub qəhvə bişirmədim.
 
O vaxtdan indiyənədək bir dəfə də olsa qəhvə içməmişəm. Baxmayaraq ki, özüm qəhvə xoşlayanam.
 
Siz, heç qəhvədən vaz keçdinizmi?
 
* Yazıdakı faktlar Rəfael Hüseynovun “Vaxtdan uca” kitabından götürülüb.

Qan TURALI(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Etiqadı batil molla oğlu, tülkünü həccə göndərən - Şaiqin həyatı

O iyrənc zorlama xəbəri və qırmızıbaş qadın

Antiterror təşkilatımızın yandırılan möhürü

Sürücüsüz maşınlar gəlir bəs bizim xəyallar?

Ən çox oxunanalar