Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbhəboyu rayonlarda 16 partlayış yeri yoxlanılıb - Foto


Cəbhəboyu rayonlarda 16 partlayış yeri yoxlanılıb


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu barədə aprelin 28-də Agentlik tərəfindən Tərtər, Füzuli, AğdamAğcabədi rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.

Tərtər rayonu

Yuxarı Qapanlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarilə 10 500 kv.m ərazi yoxlanılıb.

Qarağacı kəndi - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 9 500 kv.m ərazi yoxlanılıb və PHS aşkar edilməyib.

Buruc kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib (DİN-in "102" Xidməti - Zəng mərkəzinin məlumatı).

Hacıqərvənd kəndi - 1 ev və həyətyanı sahəyə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib (DİN-in "102" Xidməti - Zəng mərkəzinin məlumatı).

Tərtər şəhəri - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib və nəticə etibarilə 2 500 kv.m ərazi yoxlanılıb.

Cəmi: 10 ev və həyətyanı sahə, 9 partlayış yeri, 23 500 kv.m ərazi yoxlanılıb, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib.

Füzuli rayonu

Alıxanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 470 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Çəmənli kəndi - 1 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).

Səfərli qəsəbəsi - 1 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).

Cəmi: 2 partlayış yeri və 2 000 kv.m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Qaraxanlı kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 3 000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).

28 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 12 ev, 16 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib və 28 970 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, ANAMA tərəfindən 7-28 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, ŞəmkirCəlilabad rayonlarında 368 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 293 ədəd PHS, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar