Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbrayılın icra başçısı ilə bağlı ilginc fakt


Mahmud Quliyevin qohumları onun himayədarlığı ilə Saatlıda torpaqları zəbt edib


Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin qohumları Saaatlı rayonunda otlaq sahələrini zəbt edib. 

Bu barədə “Azadlıq”a Saatlı sakinləri məlumat verib. Onların sözlərinə görə, uzun illərdir ki, həmin otlaq sahələrində mal-qaralarını otarırlar. “Amma indi bu mümkün deyil. Çünki Mahmud Quliyevin qardaşı uşaqları həmin əraziləri zəbt edib. Təkcə Dövlət Torpaq Fondunun 1000 hektar ərazisini ələ keçiriblər. Bundan başqa Azadkənd kəndində əraziləri zəbt ediblər. Heç kim onlara bir söz deyə bilmir. Çünki arxalarında Mahmud Quliyev dayanır. Sakinlərə hədə-qorxu gəlirlər”.

Saatlı sakinləri məsələ ilə bağlı qəzetimiz vasitəsilə ölkə başçısı Ilham Əliyevə müraciət edirək ondan bu məsələyə diqqət ayırmasını xahiş edirlər: “Ölkə başçısı Bakıda yanan bina ilə keçirilən iclasda məmurların özbaşınalığına toxundu. Bizim diqqətə çatdırdığımız fakt da məmur özbaşınalığıdır. Ölkə başçısından xahiş edirik ki, bu məsələyə diqqət ayırsın. Təsəvvür edin, biz mal-qaramızı otarmağa yer tapa bilmirik. Bu otlaqlar uzun illərdir ki, bizim mal-qaranın örüş yeri yeri olub. Indi hansısa məmurun qohumu gəlib bu camaatın əlindən alır. Özü də heç bir qanun tanımadan”.

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar