Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlal Əliyev dəfn edilir - Fotolar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının “Dairəvi zalı”nda akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib


APA-nın məlumatına görə, mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri iştirak ediblər. 
 
Mərasimdə çıxış  edən AMEa prezidenti Akif Əlizadə deyib ki, C. Əliyev bütün ömrünü elmə həsr edib, Azərbaycanın görkəmli bioloq alimlərindən biri olub.
 
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, C. Əliyev 62 il AMEA Biologiya və tibb elmlər bölməsində çalışıb, uzun illər bu bölməyə rəhbərlik edib: “Akademik Cəlal Əliyev 1990-cı ildə AMEA-nın bağlanmasına çalışanların qarşısında dayanıb, institutlarının, mülkiyyətinin qorunmasında böyük əmək ortaya qoyub. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə AMEA-nın üzərindəki qara buludlar dağılıb”.  
 
AMEA-nın müxbir üzvü Validə Əlizadə, akademik Böyükkişi Ağayev, C. Əliyevin tələbəsi olmuş AMEA-nın müxbir üzvü İbrahim Əzizov C. Əliyevlə bağlı xatirələrini, ürək sözlərini dilə gətiriblər.   
 
Qeyd edək ki, akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra bu gün 88 yaşında vəfat edib. C. Əliyev I Fəxri xiyabanda dəfn olunacaq. 
 
pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar