Cəlilabadda yük avtomobilində yanğın baş verib
PİA.AZ FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Cəlilabad şəhərində vətəndaşa məxsus "UAZ" markalı yük avtomoblinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.